İqtisadi 30.06.2020 13:49

İlk yerli kombayn Oğuzda test olundu - FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) taxıl biçini dövründə fermer və sahibkarların kombayna yaranan tələbatını ödəmək məqsədi ilə yeni bir layihəyə start verib. Belə ki, Gəncə Avtomobil Zavodunda yeni kombaynların yığılması həyata keçirilir. Ötən gün ilk belə kombaynlardan biri Oğuz rayonunda test sınaqlarından keçirilib.

Rakus.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, Oğuzun Sincan kəndindəki taxıl sahələrindən birində test edilən kombaynı müşahidə edənlər sırasında “Aqrolizinq” ASC-nin idarə heyətinin sədri Elmin Rəhmanov da olub. Sədr bununla bağlı deyib: “Xoş təsadüf ondan ibarətdir ki, artıq bu ildən etibarən ölkəmizdə yerli “Sampo” markalı kombayn istehsalına başlanılıb. Səhmdar cəmiyyətimiz həmin kombaynların müvafiq alqı-satqı müqaviləsi ilə satınalınmasını həyata keçirib. Hazırda işləyən kombayn məhz yerli, tam müasir kombayndır ki, biz ilk dəfə Oğuz rayonunda onun sınağını həyata keçiririk”.

Elmin Rəhmanov yaxın illərdə fermer və sahibkarların bu texnikaya olan tələbatını ödəmək məqsədi ilə Gəncədə kombaynların yığılmasının sürətləndiriləcəyini diqqətə çatdırıb. Bu kombaynların yığılması xaricdən alınan texnikalardan həm keyfiyyətinə, həm də qiymətinə görə fərqlənir.

Yerli kombaynın gətirilməsinə sevinənlərdən biri də fermer Mehralı Səfərəliyevdir. Çünki ilk olaraq onun sahəsində biçin aparılırdı. Ömrümün 30 ilini əkinçiliyə həsr edən fermer bildirdi ki, bu günləri çox sevindirici hal yaşayır: “On ilə yaxın idi köhnə bir kombaynla çalışırdım. Kombayn bir gün işləyir, beş gün sınırdı. Bu zaman həm məhsul keyfiyyətdən düşür, həm də çox itkiyə gedirdi. Bu gün isə yeni kombayn cəmi bir neçə saatda zəmilərdən birinin biçinini uğurla başa çatdırdı”.

Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, bu il sahələrə 80-ə yaxın kombayn cəlb edilib. Yerli istehsal olan kombaynın gətirilməsi isə Sincan kənd fermerlərinin əvvəlki illərdən fərqli olaraq biçini vaxtında və itkisiz başa çatdırmasına böyük töhfə vermiş olacaq.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO