Nazir: “Bağçalar yayda açılmayacaq”
“Dövlət bağçalarının yay aylarında açılması nəzərdə tutulmur”.
Rakus.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
O deyib ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı var.
Hərbi çağırış yaşında olan oğlan tələbələr bu tarixdə imtahan verəcək
Nazir deyib ki, son tədris ilində olan oğlan tələbələrin hərbi çağırışı nəzərə alınaraq, onların imtahan qiymətləndirilməsinin iyun ayında başa çatdırılması nəzərdə tutulur:
“Yay imtahan sessiyasının iyun-iyul aylarında keçirilməsi planlaşdırılır. Yay sessiyasının təşkili ilə bağlı qaydalar ali təhsil müəssisələrinin Elmi Şurasının qərarı əsasında tənzimlənəcək. Bir sıra imtahanların onlayn olması mümkündür. Bu olmasa, ənənəvi qaydada imtahanlar təşkil oluna bilər”.
Tələbələr bu halda təhsil haqqı ödəməyəcək
C.Byramovun sözlərinə görə, əgər tələbə yaz və yay sessiyası dövründə ona təqdim edilən dərslərin məzmununu qəbul etmirsə, o, imtahanı payız sessiyası vaxtı verə bilər və bunun üçün tələbə təhsil haqqı ödəməyəcək.
Dövlət hesabına təhsil alan tələbələrin sayı açıqlandı
Nazir bildirib ki, bu gün dövlət dəstəyi alan tələbələrin sayı 17 mindən çoxdur: “Dövlət hesabına oxuyan tələbələrin sayında 66 faizdən çox artım olub. Ötən il bu rəqəm 20 min 500 nəfərə qədər artırılıb. 2020-2021-ci tədris ili üzrə baş nazirin qərarına əsasən, dövlət sifarişli yerlərin sayı yenidən artırılıb. Növbəti il birinci kurslara dövlət sifarişli yerlərə qəbul 22 minə qədər artırılıb”.