İmamverdi İsmayılovun daha iki məntəqəsi ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən qeydə alınmış namizəd Anar Əsədlinin müraciətinə baxılıb.
Rakus.az xəbər verir ki, namizədin müraciəti haqqında MSK üzvü Ramiz İbrahimov məlumat verib.
O qeyd edib ki, Anar Əsədli çoxsaylı qanun pozuntularının olduğunu iddia edərək dairənin nəticələrinin ləğvini tələb edib. Namizəd dairənin 1-dən 59-a qədər olan bütün seçki məntəqələrində pozuntuların olduğunu iddia edib. Araşdırma zamanı həmin dairədən 48 və 50 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən məqamlar təsdiqini tapıb.
MSK üzvünün təklifi, Komissiyanın ekspert qrupunun rəyi ilə Anar Əsədlinin şikayəti qismən təmin edilib.
125 saylı dairə üzrə 48 və 50 saylı seçki məntəqələrində Milli Məclisə seçkilərin nəticələri etibarsız sayılıb.
Xatırladaq ki, həmin dairədən lider namizəd İmamverdi İsmayılovdur.