Elm və təhsil 14.06.2020 13:26

İmtahanın yazı işlərinin yoxlanılmasına başlanılır – DİM

Dövlət İmtahan Mərkəzində (DİM) iyunun 10-da və 11-də keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) imtahanın yazı işlərinin yoxlanılması prosesinə hazırlıq işləri görülür.

Rakus.az xəbər verir ki, DİM-in məlumatına görə, hər iki günün imtahanı üzrə bütün şagirdlərin cavab vərəqləri skan edilərək onların şifrələnmiş elektron faylları hazırlanıb. Bu zaman şagirdlərin cavab vərəqlərinin elektron təsvirlərindən onların bütün şəxsi məlumatları proqram tərəfindən avtomatik silinir. Bununla paralel olaraq imtahanda təqdim edilən yazı işi tapşırıqları üçün ekspertlər tərəfindən ilkin qiymətləndirmə meyarları hazırlanıb. Qarşıdakı dörd gün ərzində qrafikə uyğun olaraq yazı işlərinin elektron təsvirlərinin hər tapşırıq üzrə kəsilib ayrılacaq, yoxlama prosesi üçün bütün zəruri materialların elektron bazaya daxil ediləcək, şagirdlərin yerinə yetirməkdən imtina etdikləri (boş saxladıqları) işlərin müəyyən olunacaq. Eyni zamanda, kalibrləmə mərhələsi üçün etalon işlərin seçilməsi, qiymətləndirilməsi və ilkin meyarların təkmilləşdirilməsi mərhələləri həyata keçirilərək yoxlama prosesinə hazırlıq mərhələsi yekunlaşdırılacaq. Bundan sonra yazı işlərinin yoxlanılması prosesi onlayn (məsafədən) keçiriləcək və markerlər bu prosesdə öz evlərindən qoşulmaqla iştirak edəcəklər. Hər bir yazı işi proqram tərəfindən təsadüfi seçilmiş ən azı iki marker (iki markerin verdiyi qiymətlər üst-üstə düşmədiyi halda iş proqram tərəfindən üçüncü markerə göndərilir) tərəfindən qiymətləndiriləcək.

İmtahan nəticələrinin yaxın üç həftə ərzində elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, markerlər yoxlama prosesinə evdən qoşula bilmək (və identifikasiya) üçün qeyd olunan texniki imkanlara malik olmalıdırlar: PC və ya noutbuk üçün minimal sistem tələbləri, prosessor – Pentium 4, buna ekvivalent və ya sonrakı model;

Əməliyyat sistemi – Windows 7, Windows 8.1, Windows 10;

Operativ yaddaş – 2GB RAM;

Veb brauzer – Google Chrome (minimal versiya 70);

Veb kamera tələbləri – İnstalyasiya edilmiş USB veb kamera (Veb kameranın Microsoft‘s WDM və ya VfW (video for windows) uyğunluğu olmalıdır). Kamera linzasının buraxıcılıq qabiliyyəti minimum 1.3 meqapixeldir.

İnternetə qoşulma tələbləri – İnternetə qoşulma DSL, ADSL və ya fiberoptik kanallardan biri üzərindən olmalıdır. Sürət üçün minimal hədd 1Mbit/san-dir.

Yazı işlərinin yoxlanılması prosesinə DİM-də ən azı bir il markerlik təcrübəsi olanlar, həmçinin bu ilin fevral və mart aylarında sınaq və 9-cu siniflərin buraxılış imtahanlarının yazı işlərinin yoxlanılmasında uğurla iştirak edən markerlər cəlb ediləcək. Həmin yoxlama proseslərinin təftişində və apelyasiya prosesi zamanı yazı işlərinin qiymətləndirilməsində səhvə yol verdiyi aşkarlanmış markerlər həm indiki yoxlama prosesindən, həm də bundan sonra keçiriləcək bütün yoxlama proseslərindən uzaqlaşdırılıblar.

Qeyd edək ki, markerlərin hazırlıq kursunda iştirak edib son dövrlərdə sertifikat əldə etmiş, amma indiyədək real yoxlama prosesində təcrübəsi olmayan yeni markerlər bundan sonra keçiriləcək sınaq imtahanlarına və növbəti ildə 9-cu siniflərin buraxılış imtahanlarına cəlb edilərək təcrübə əldə olunduqdan sonra 11-ci siniflərin buraxılış və qəbul imtahanlarının yoxlama prosesinə dəvət ediləcəklər.

Markerlərin şəxsi məlumatlarında, əlaqə vasitələrində və ya əməkhaqqı ödənişi ilə bağlı bank rekvizitlərində dəyişiklik olduğu təqdirdə marker kodu və şəxsiyyət vəsiqələrinin FİN kodu vasitəsilə https://eservices.dim.gov.az/experts/page_login.aspx  linkində elektron səhifələrinə daxil olub məlumatlarını mütləq yeniləməlidir.

Xatırladaq ki, iyunun 10-da və 11-də keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında şagirdlər 12 tapşırıq (ana dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 4 tapşırıq) üzrə ümumilikdə 253 mindən çox yazı işi yerinə yetiriblər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO