İmtahanların keçiriləcəyi binalarla bağlı QƏRAR
İmtahan zamanı kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə sosial məsafə (2 m) qorunmalı və imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilməlidir.
Rakus.az xəbər verir ki, bu barədə məlumat imtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərdə öz əksini tapıb.
Bildirilib ki, imtahanda iştirak üçün sənədlər iştirakçı tərəfindən təqdim olunmalı, nəzarətçinin sənədlərə əllə toxunmamalı, hər iştirakçının arasında sosial məsafə (2 m) qorunmalı, imtahan ləvazimatları (qələm, karandaş və s.) ortaq istifadə edilməməlidir.
Eyni zamanda iştirakçıların səhhətində imtahan zamanı yaranan problemləri (COVİD-19-a spesifik olan simptomlar – qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) bildirmələrini və onların xüsusi ayrılmış otaqda izolyasiya edilmələrini, 103 TTTY çağırılmasını, azyaşlını müşayiət edənin bu barədə məlumatlandırılmaları tövsiyə olunub.
Həmin müddət ərzində dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri aşağıdakılardır:
– Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);
– Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və yadigər);
– Vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
– Rəflər, masalar və s. (spirt tərkibli məhlul və ya digər);
– Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);
– Döşəmələr (xlor tərkibli məhlul və ya digər);
– Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);
– Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);
– Tullantı qabları (spirt tərkibli məhlul və ya digər).
Bundan əlavə, TƏBİB imtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.
Təlimatlarda imtahanlara onlayn qeydiyyatın olmasının təmin edilməsi qeyd olunub.
Təlimatlara əsasən, imtahan mərkəzlərində sanitar qovşaqlar, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyasını, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunmalı, imtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi və imtahan təyin olunan günədək həmin otağa/zala giriş qadağan edilməlidir.
İmtahan başlamazdan əvvəl və imtahan müddətində otağın havalandırılmalı, otaqlarda/zallarda, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlər quraşdırılmalı, səhhəti ilə bağlı müəssisəyə girişi məhdudlaşdırılan işçiləri əvəz edəcək ehtiyat heyəti əvvəlcədən hazırlanmalıdır.
İmtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olmayan şəxslər təyin olunmalıdır. Şəhərlərarası gediş-gəliş məhdudiyyətini nəzərə alaraq, yerlərdə imtahanlar təşkil edilməli, imtahan mərkəzlərinin tibbi maskalarla təchizatı, hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadəsi zəruri olmalı, imtahan mərkəzlərində fərdi qoruyucu vasitələrinin atılması üçün müvafiq tullantı qabları yerləşdirilməli, iştirakçıları müşayiət edənlərin imtahan mərkəzinin ərazisində toplanmamalı, imtahan mərkəzlərinin girişlərində termometriya icra edilməlidir.