İnformasiya müharibəsi mühüm rol oynayır – Deputat
Milli mətbuat Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında, düşmənə qarşı informasiya müharibəsində mühüm rol oynayır.
Rakus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın inkişafında dönüş yarandı. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə “Əkinçi” qəzetinin nəşrə başlandığı gün 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur:
“Bir çox demokratik ölkələrdə olduğu kimi, ölkəmizdə də Mətbuat Şurası və “Mətbuat haqqında” Qanun qəbul edilmişdir. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyinin təmin edilməsi, mətbuat işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədi ilə xüsusi proqramlar qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirilir. Ümumimilli lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlıqlarının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkəmizdə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2009-cu ilin mart ayında imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yardılıb. Həyata keçirilən bu mühüm tədbirlər Azərbaycanda mətbuatın, jurnalistikanın sürətli, hərtərəfli inkişafına şərait yaratmışdır. Mətbuat da öz növbəsində Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, demokratiyanın üstünlük təşkil etdiyi vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirak edir. Milli mətbuatımız milli və ümumubəşəri dəyərlərin təbliğində, xalqımızın tarixi keçmişinin öyrənilməsində, vətənpərvərlik hislərinin cəmiyyətə aşlanmasında, ölkəmizin müstəqillik illərində bütün sahələrdə əldə etdiyi uğurlu nəticələrin cəmiyyətə çatdırılması işində yaxından iştirak edir. Mətbuat vasitələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında, düşmənə qarşı aparılan informasiya müharibəsində çox mühüm rol oynayırlar. Peşə bayramları münasibəti ilə bütün mətbuat işçilərini, jurnalitləri təbrik edir, onlara bu mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzu edirəm”.