İngiltərə Kosovonu, Moldova Türkiyəni qəbul edəcək – AVRO-2020
Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VI tura yekun vurulacaq.
Rakus.az xəbər verir ki, turun son oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil olunacaq. A və B qruplarında 2, H qrupunda isə 3 matç keçiriləcək.
Son dünya çempionu Fransa Andorranı qəbul edəcək. Bu qrupda yer alan iddialı komandalardan Türkiyə Moldovanın, İslandiya isə Albaniyanın qonağı oalcaq.
A qrupunda ötən tur Çexiyanı 2:1 hesabı ilə məğlub edərək sensasiyaya imza atan Kosovo səfərdə İngiltərə ilə üz-üzə gələcək. Qrupun digər görüşündə isə Çexiya Monteneqro ilə qarşılaşacaq.
Nəhayət, B qrupunda Litva – Portuqaliya və Lüksemburq – Serbiya matçları baş tutacaq.
AVRO-2020, seçmə mərhələ
VI tur
A qrupu
22:45. İngiltərə – Kosovo
22:45. Monteneqro – Çexiya
Xal durumu: İngiltərə – 9 xal (3 oyuna), Kosovo – 8 (4), Çexiya – 6 (4), Monteneqro – 2 (4), Bolqarıstan – 2 (5).
B qrupu
22:45. Litva – Portuqaliya
22:45. Lüksemburq – Serbiya
Xal durumu: Ukrayna – 13 xal (5 oyuna), Portuqaliya – 5 (3), Lüksemburq – 4 (4), Serbiya – 4 (4), Litva – 1 (4)
H qrupu
22:45. Albaniya – İslandiya
22:45. Fransa – Andorra
22:45. Moldova – Türkiyə
Xal durumu: Fransa – 12 xal (5 oyuna), Türkiyə – 12 (5), İslandiya – 12 (5), Albaniya – 6 (5), Moldova – 3 (5), Andorra – 0 (5).
(report.az)