İngiltərə Premyer Liqası mövsümü bağlayır
İngiltərə Premyer Liqasının rəhbərliyi koronavirus pandemiyasına görə mövsümün vaxtından əvvəl tamamlanmasını elan etməyə hazırlaşır.
Rakus.az xəbər verir ki, bu barədə “Udineze”nin idman direktoru Pyerpaolo Marino bildirib.
“Belçika federasiyası UEFA tərəfindən mümkün sanksiyalara baxmayaraq, artıq mövsümün tamamlanması haqqında qərar qəbul edib. İngiltərə Premyer Liqası da belə bəyanat verməyə hazırlaşır, çünki orada vəziyyət çox, çox ciddidir”, – Pyerpaolo Marino deyib.
O, futbolun yaxın gələcəkdəki taleyi ilə bağlı narahatlığını gizlətməyib: “Mən düzünü desəm, koronavirusdan sonra bizim futboldan həzz ala biləcəyimizə sadəcə ümid edirəm. Bunun nə qədər çəkməsinin əhəmiyyəti yoxdur, bizə bu təhlükəli zonadan çıxmaq lazımdır. Mən əvvəlki yox, növbəti mövsümlər üçün narahatam”.
Xatırladaq ki, aprelin 3-də İngiltərə Premyer Liqasındakı fasilənin müddəti koronavirus pandemiyasına görə uzadılıb.