İngiltərədə futbol iyunun 13-də başlayır
Koronavirus pandemiyasına görə dayandırılmış futbol üzrə İngiltərə Premyer Liqası mövsümü iyunun 13-də davam etdirə bilər.
Rakus.az xəbər verir ki, federasiya və klub nümayəndələri mövsümü davam etdirməklə bağlı razılığa gəliblər.
Liqa rəhbərliyi artıq çempionatın davamının müddəti barədə klublara, futbolçulara və məşqçilərə məktubla müraciət edib. Komandalar qrup məşqlərini mayın ortalarında başlayacaqlar. Son qərarı isə Böyük Britaniya hökuməti verməlidir.
Bildirilir ki, bu işlə Britaniyanın Mədəniyyəti naziri Oliver Dauden məşğul olur. O, həmçinin başqa kütləvi tədbirlərin keçirilməsinə məsuliyyət daşıyır. Məlumata görə, nazir məhdudiyyətlərin ləğvi haqqında məhsuldar danışıqlar keçirib.
İngiltərə Premyer Liqasının klubları turnirin 8 iyunda davam etdirilməsi məsələsini mayın 1-də müzakirə edəcəklər.