Gündəm 26.08.2020 11:31

İnsanlıq, mərhəmət və nəciblik Mehriban xanımın fəaliyyəti ilə təcəssüm edir – Deputat

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YAP sədrinin müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi həyatında fədakar əməyi və danılmaz xidmətləri ilə seçilir. Humanistliyi, nəcibliyi, qayğıkeşliyi və mərhəməti ilə Azərbaycan qadınının dünyada imicinin yüksəlməsinə böyük töhfə verir. Heydər Əliyev Fondunun rəhbəri kimi həyata keçirdiyi layihələr xalqlar və mədəniyyətlər arasında dostluq mühitinin möhkəmlənməsinə zəmin yaradır”.
Rakus.az xəbər verir ki,  bunu açıqlamasında YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

 

Millət vəkili bildirib ki, Mehriban xanım görkəmli dövlət xadimi olaraq beynəlxalq aləmdə də böyük nüfuz qazanıb: “Heydər Əliyev Fondunun rəhbəri kimi həyata keçirdiyi çoxsaylı layihələr respublikamızda olduğu kimi xarici ölkələrdə də humanist prinsiplərə bağlılığı ilə seçilir və rəğbətlə qarşılanır. Fond ümummilli lider Heydər Əliyevin fundamental və zəngin irsini lazımi səviyyədə təbliğ etməklə gənclərimizin milli ruhda, vətənpərvər formalaşmasına öz töhfəsini verir. Valideyn himayəsindən məhrum olmuş uşaqlara mütəmadi kömək göstərir, uşaq evlərinin abadlaşdırılmasına xüsusi qayğı ilə yanaşır. Bir sözlə Fondun respublikamızın hüdudlarından kənarda nüfuz qazanması Mehriban xanımın yorulmaz fəaliyyəti və qayğıkeşliyi ilə bağlıdır. Çünki insanlıq, mərhəmət, nəciblik və şəfqət kimi ali insani dəyərlər Mehriban xanımın fəaliyyəti ilə təcəssüm edilir”.

A.Hüseynov mənəvi və intellektual enerjisini ölkəmizin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açmış respublikanın birinci xanımı Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib: “Həyat yolu və çoxşaxəli fəaliyyəti ilə xalqımızın sonsuz sevgisini qazanan və yüksək etimadını döğruldan Mehriban xanım Əliyevanı təbrik edir, xalqımızın daha yaxşı rifahı və ölkəmizin dinamik inkişafı naminə yeni-yeni uğurlar arzulayıram”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO