Təhlil 03.02.2025 16:32

İran irqçiliyi – “Traktor” tərəfdarlarına qərəzin sirri – TƏHLİL

İranda Azərbaycan türklərinin milli-mədəni, qanuni hüquqlarının təmin olunmadığı ən yüksək səviyyələrdə belə etiraf edilir. İran Prezidenti Məsud Pezeşkianın seçkiqabağı təşviqat kampaniyasında bu məsələyə diqqət yetirilməsi, azərbaycanlı seçicilərin prosesdə fəallığının artırılması kimi faktlar bunu təsdiqləyir.

Ölkədə sərbəst toplaşmaq haqqında qanuna tətbiq edilən məhdudiyyətlər də türklərin milli-mədəni hüquqlarının təmin olunmaması ilə bağlı etirazlarını bildirməsinə problemlər yaradır.

Güney Azərbaycan cəmiyyəti çıxış yolu kimi idman oyunları zamanı müxtəlif şüarlarla istəklərini bəyan edirlər. Məsələn, Güney Azərbaycanın Urmiya şəhərində “Durnalar yuvası” idman kompleksində voleybol yarışmasında yerli “Şahridari Urmiya” və İsfahanın “Giti Pasand” komandaları arasında voleybol oyununa qatılan güneyli xanımlar da milli şüarlar səsləndiriblər. Belə oyunlarında “Türk dilində mədrəsə olmalıdır hər kəsə!”; “Azərbaycan var olsun, istəməyən kor olsun!”; “Bura (Urmiya – nəzərdə tutulur red.) Türkdür, Türk!”; “Urmiya türkündür, türkün də qalacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və s. sloqanları nümayiş olunur və ya səsləndirilir.

Güney Azərbaycan türklərinin qanuni milli-mədəni hüquqlarının təmini ilə bağlı şüarlar Təbrizin “Traktorsazi” (tərəfdarları ona “Qızıl qurd”, yaxud “Qırmızı qurd” da deyirlər) futbol komandasının oyunlarında da yuxarıdakılarla yanaşı, “Haray, haray, mən türkəm!”, “Yaşa, yaşa, Azərbaycan!”, “Urmu gölü səslənir, susuzam, haray, haray!” kimi şüarlar səslənir.

Oyunlarının nəticəsindən asılı olmayaraq, tərəfdarları komandanı daim alqışlayır, ona sadiqliklərini nümayiş etdirirlər. “Traktor”çuların belə davranışı şovinist düşüncəlilərin xoşuna gəlmir. Onlar hakimiyyətdəki bu siyasi-ideologiyanın daşıyıcılarına güvənərək, hətta ola bilsin, onların tapşırığı ilə güney azərbaycanlıları aşağılayır, onlara hücum edirlər.

Yanvarın 26-da İran çempionatında 17-ci turun oyununda “Qızıl qurdlar” əzəli rəqiblərinin – Tehranın “Persepolis” klubunun qonağı olublar. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu məğlubiyyətdən sonra “Traktor” liderliyi əldən verərək 35 xalla ikinci pilləyə düşüb.

Qeyd edək ki, “Persepolis”in baş məşqçisi Türkiyənin tanınmış futbol mütəxəssisi İsmail Kartaldır.

Bildirilib ki, gərgin şəraitdə keçən oyun zamanı tehranlı azarkeşlər davamlı olaraq “Traktor” komandasının oyunçularına və azərbaycanlılara qarşı təhqiramiz, irqçi şüarlar səsləndiriblər.

“Persepolis”in azarkeşləri meydana yad cisimlər atıb, Təbriz təmsilçisinin tərəfdarlarına hücum ediblər və nəticədə 33 nəfər yaralanıb.

“Traktor” Klubu hadisə ilə bağlı İran Futbol Federasiyasına və məhkəməyə şikayət edib. Komandanın baş direktoru Səid Müzəffərizadə “Persepolis” azarkeşlərinin irqçi və etnik şüarlar məsələsini FİFA-nın təqib edəcəyini açıqlayıb: “Biz bütün lazımi hüquqi tədbirləri görmüşük. Bununla bağlı təcili və əsaslı tədbir görülməzsə, FİFA vasitəsilə məsələni tam qətiyyətlə davam etdirəcəyik. İrqçi və etnik şüarlar məsələsinin heç bir əsası yoxdur. Biz bununla bağlı heç bir tolerantlığı qəbul etməyəcəyik. Təcrübə göstərir ki, bir və ya iki oyunluq cəza kimi stereotip hərəkətlər problemin həlli deyil. Futbol Federasiyası bunu nəzərə almalıdır”.

O, oyunu idarə edən Cavad Xiyabanini və “Persepolis”in baş məşqçisi Kərim Baqerini azarkeşlərin türklərə qarşı şüarlar söyləməsi, irqi ayrı-seçkilik davranışına səssiz qalmasına görə də tənqid edib: “Onlar ən azından azarkeşləri xəbərdar etməli idilər”.

Baş verən şovinist, irqçi hadisəyə İran Prezidenti Məsud Pezeşkian da münasibət bildirib. O bunu “qəbuledilməz” adlandırıb. Hökumət başçısı deyib: “Tehranın “Azadi” stadionunda baş verənlər, təhqiramiz şüarlar anlaşılan deyil və qəbuledilməzdir”.

Qarışıq Azərbaycan türkcəsində çıxışı zamanı Məsud Pezeşkian vurğulayıb ki, bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər”.

O, məsələnin araşdırılması və tədbir görülməsini uyğun sahənin naziri ilə müzakirə edəcəyini və hadisənin səbəbkarlarının müəyyən edilməsi üçün ona tapışırıq verəcəyini söyləyib. Prezident İran Futbol Federasiyası İntizam Komitəsinin günahkarlara qarşı ciddi reaksiya verməsinin vacibliyini də vurğulayıb.

Əvvəllər də stadionlarda, kütləvi tədbirlərdə, kütləvi informasiya vasitələrində, hətta İran televiziya verilişlərində Azərbaycan türkləri təhqir edilib. Bu, az qala, panfarsçı düşüncə sisteminin daşıyıcıları, bir sıra İran məmurları üçün fəaliyyət növüdür, hədəfdir.

Azərbaycan türkcəsində bir məktəbi, bir sinfi belə olmayan azərbaycanlıları təhqir edən, bu işlərin təşkilatçıları olan panfarsçılar bu düşüncənin ideoloqları fars dili və ədəbiyyatının inkişafının qayğısına qalır, onu qoruyurlar.

İranda yeni tədris ilinin açılması münasibətilə Ermənistanda fars dili sinfinin açılışı olub. Tehranın bu ölkədəki səfirliyinin maliyyə yardımı ilə İrəvanın 61 saylı məktəbində “Hafiz zalı” və fars dili sinfi açılıb. Bu, İran hakimiyyətinin fars dili və ədəbiyyatının təbliği ilə bağlı ilk hadisə deyil. Oxşar tədbirlər Mərkəzi Asiyada, Rusiyada və başqa ölkələrdə həyata keçirilir.

Ancaq bu hakimiyyət Azərbaycan türkcəsinin qanuni tədrisini həyata keçirməməklə konstitusiyanın uyğun maddələrini 45 ildir pozur.

Panfarsçılar fars dilinin inkişafına və qorunmasına çox həssaslıqla yanaşırlar. Bu günlərdə İran hökumətinin sözçüsü Fatimə Mühacirani televiziya kanallarından birində ingiliscə çıxış edərək “yeni bankçılıq” sözündən istifadə edib. O, ifadənin fars dilində qarşılığının olmamasından məyusluğunu bildirib. Sözçü Fars Dili və Ədəbiyyatı Akademiyasının fəaliyyətini də tənqid edərək deyib: “Fars dilini qorumaq hamımızın borcudur. Fars dili bizim üçün sərhəd kimidir və hər vasitə ilə qorunmalıdır”.

Azərbaycan türkcəsində məktəbi qadağan edən, fars dilini ölkənin sərhədi sayan bir ölkənin televiziyasında “Traktor”a qarşı yeni məhdudiyyət tətbiq edilib. Tərəfdarları oyun zamanı “Türk dilində mədrəsə olmalıdır hər kəsə!”, “Urmu, Zəncan, Ərdəbil – Bu səs Təbrizdən gəlir” şüarlarını səsləndirkləri üçün qarşılaşma bir-iki dəqiqə gecikmə ilə yayımlanıb.

“Traktor”un tərəfdarı olan qızlar “Persepolis” tərəfdarlarının irqçi və təhqiramiz şüarlarına etiraz olaraq ağızlarını yapışqan lentlə bağlayıblar. Onlar bu davranışla Azərbaycan türklərinin fərqli bir millət olduğunu, heç bir təhqir onları fars irqçiləri səviyyəsinə endirməyəcəyini nümayiş etdirdiklərini bildiriblər.

Bundan başqa, komandanın tərəfdarları Təbrizin Sahənd stadionunda “Persepolis”lə oyunda baş verənlərə “Ana, namus – iki müqəddəs söz” pankartını qaldırmaqla etiraz ediblər.

Panfarsçı düşüncəyə görə, Azərbaycan türkcəsində məktəb olarsa, İran parçalanar. Yaxud İslam Respublikası rəhbərliyində bəziləri belə düşünürlər ki, ölkəyə xaricdən müdaxilə var. Ancaq “Pesepolis”lə oyunda baş verənlər, hökumət sözçüsünün açıqlaması xarici müdaxiləyə ehtiyac olmadığını göstərir. Bu ölkənin düşmənləri elə Tehranda “Traktor”un “Pesepolis”lə oyununda türklərə qarşı irqi ayrı-seçkilik edənlər, azərbaycanlıları təhqir edənlər, onlara hücum çəkənlərdir.

Fevralın 3-də Prezident Məsud Pezeşkian İran inqilabının 46 illiyinə həsr olunacaq tədbirlərlə bağlı müşavirədə bildirib: “Bu gün xaricdən düşmənlər tərəfindən İrana müdaxilə edilir. İranın zəiflədiyini bildirir, insanların küçələrə çıxıb ölkəyə problem yaratmasını istəyirlər. Biz xalqa xidmət etməliyik və problemi həll edə bilmiriksə, cəmiyyətə üzrxahlıq dili ilə izah etməliyik”.

Ölkəni zəiflədən xarici müdaxilə, düşmənlər deyil. Daha çox öz vətəndaşını təhqir edənlər, onların qanuni, təbii hüququnun təmin olunmasını istəyənlərə qarşı irqi-etnik ayrı-seçkilik edənlər, fars dilini türk dilindən üstün tutanlar bu düşüncənin daşıyıcılarıdır. Ölkənin belə vətəndaşları cəmiyyətin zəifləməsinə, onun parçalanmasına xidmət edirlər. İranın paytaxtı Tehranda təhqir edilən, aparteid davranışa məruz qalan türk, azərbaycanlı onu özününkü bilər? Bu düşüncə vətəndaşların mərkəzdənqaçma meyillərini gücləndirər…

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Təhlil / 03.02.2025 16:32
İran irqçiliyi – “Traktor” tərəfdarlarına qərəzin sirri – TƏHLİL
Siyasi, Təhlil / 03.02.2025 11:23
Aİ missiyası müşahidə adı altında kəşfiyyat izləmələrini davam etdirir - FOTO
Elm və təhsil / 03.02.2025 09:57
Avropa Azərbaycanlıları Mühəndislər İttifaqı yaradılıb
Mədəni / 01.02.2025 22:46
Alban -türk memarlığını fərqləndirən əsas əlamətlər - FOTO - VİDEO
Mədəni / 01.02.2025 14:45
Qərbi Azərbaycanda dağıdılan memarlıq nümunələri – ANONS - VİDEO
Siyasi, Sosial / 31.01.2025 21:31
“Hamilə qadınlar yolda stresdən doğum edərkən övladları tələf olmuşdu” - FOTO - VİDEO
Siyasi / 31.01.2025 16:34
Avropa missiyasının vaxtı niyə uzadıldı? - FOTO - VİDEO
Siyasi, Sosial / 31.01.2025 13:14
“Qaçqın düşəndə 4 yaşım vardı” – Ceyhunə Şirəliyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
İqtisadi / 31.01.2025 09:38
İİTKM-də görüş – yeni reallıqlar və parlament diplomatiyası - FOTO
Siyasi, Təhlil / 30.01.2025 22:43
Gürcüstan-Ermənistan yolunun əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçir“ - FOTO - VİDEO
İqtisadi, Təhlil / 30.01.2025 16:04
Zəngəzura gedən yol – regional və qlobal əhəmiyyətli layihə – TƏHLİL
Siyasi / 30.01.2025 13:41
Strateji ərazilər Azərbaycana qaytarıla bilər – ANONS - VİDEO
Mədəni / 29.01.2025 22:17
“Sinayda tapılan alban dilində 315 səhifəli Palimpsest erməni yalanlarını ifşa etdi” - FOTO - VİDEO
Mədəni / 29.01.2025 14:03
Ermənilərin kilsə qorxusu – ANONS - VİDEO
İqtisadi / 29.01.2025 09:50
Nəqliyyata həsr olunmuş müşavirənin detalları “Hədəf”də - FOTO - VİDEO
Siyasi, Sosial / 28.01.2025 22:37
Allahverdi, Allahverdibəy, Almalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 28.01.2025 18:41
“Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi” adlı yeni fənn tədris olunur”
Hərbi, Təhlil / 28.01.2025 15:26
Rusların İrəvan şoku – 102 saylı baza bağlanır? – TƏHLİL
Siyasi / 28.01.2025 14:27
Sakinləri 3 millətdən olan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 28.01.2025 13:14
“Ermənilər mədəniyyəti “borc alırlar” – ANONS - FOTO - VİDEO
Müsahibə / 27.01.2025 22:39
“İlk erməni partiyalarının proqramında terrorçuluq əsas yer tuturdu” - FOTO - VİDEO
Elm və təhsil / 27.01.2025 15:49
Basarkeçər gəncləri Şirazi İbrahimovu “GƏNCLƏRİN DOSTU” elan etdilər - FOTO
Təhlil / 27.01.2025 14:57
Makronun qara çərçivədəki “üzü” – TƏHLİL
Siyasi / 27.01.2025 10:09
Arayik Harutyunyan günahı – Paşinyan niyə pis vəziyyətdə qalıb? - FOTO - VİDEO
Mədəni / 25.01.2025 22:06
“İrəvandakı Xan sarayı divarlarının bəzədilməsi ilə təsviri sənət yenidən canlanıb” - FOTO - VİDEO
Mədəni / 25.01.2025 14:00
Qərbi Azərbaycan və Qobustan qayaüstü rəsmlərin oxşarlığı – ANONS - VİDEO