Siyasi 27.07.2020 21:00

İran səfirinin diplomatik fəaliyyəti başa çatdı - FOTO

Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadəni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Rakus.az xəbər verir ki, XİN-in məlumatın görə, diplomatik fəaliyyətinin son günlərində olan İran səfiri ilə görüşdən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov iki dövlət arasında dərin tarixi köklərə əsaslanan dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət və dəstək formasında inkişafından razılıqla bəhs edib. Bu münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyevin töhfəsindən danışan nazir, hazırda hər iki dövlətin rəhbərləri səviyyəsində əməkdaşlıq münasibətlərinin inkişafına diqqətin göstərildiyini qeyd edib.

Ceyhun Bayramov, eyni zamanda regional və çoxtərəfli çərçivələrdə iki ölkə arasında münasibətlərin inkişafının və qarşılıqlı dəstəyin mövcud olduğunu bildirib. O, İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq hüquqa əsaslanan və Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən mövqeyini yüksək qiymətləndirib. Həmçinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat hadisəsi ilə əlaqədar İran dövlətinin ədalətli mövqeyinin ifadə edilməsinə görə səfirə təşəkkür bildirilib.

Səfir Cavad Cahangirzadə nazir Ceyhun Bayramova Azərbaycan Respublikası Prezidentinin etimadının göstərilməsi münasibətilə təbrikini səsləndirərək, İran Xarici İşlər naziri Cavad Zərifin isti salamlarını Ceyhun Bayramovun diqqətinə çatdırıb.

Cavad Cahangirzadə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

O, səfir kimi çalışdığı müddətdə ikitərəfli münasibətlərin inkişafı üçün bütün imkanların səfərbər edildiyini bildirib, ondan sonra gələcək səfirin də bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyindən əmin olduğunu vurğulayıb.

Cavad Cahangirzadə pandemiya ilə əlaqədar İranın çətin günlərində Azərbaycan tərəfinin ölkəsinə verdiyi dəstəyin unudulmayacağını qeyd edib.

İranın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyi vurğulanıb, beynəlxalq sərhəddə baş vermiş son hadisələrlə bağlı İran tərəfindən İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi başda olmaqla, Xarici İşlər nazirinin sözçüsü, İran parlamentinin deputatları səviyyəsində açıqlamaların verildiyi qeyd olunaraq, Azərbaycanın narahatlığının, həm də İranın narahatlığı olduğu dilə gətirilib.

Tərəflər arasında, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Cavad Cahangirzadəyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO