Hücumçu Kriştianu Ronaldu Portuqaliya millisinin Millətlər Liqasında çıxışına start verməsinin şərəfinə sosial şəbəkə hesabında paylaşım edib.
Rakus.az xəbər verir ki, o yazıb:
“Bizim tarixi nailiyyətlərimiz və hər birimiz üçün unikal məqamlardan ibarətdir! Biz Millətlər Liqası titulunun müdafiəsinə başlayırıq. İrəli Portuqaliya!”
Portuqaliya millisi Millətlər Liqası çərçivəsində ilk oyununa bu gün Xorvatiyaya qarşı çıxacaq.