Siyasi 04.04.2026 23:03

“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə tarixçi İlqar Niftəliyev İrəvan quverniyasında  azərbaycanlılar yaşayan kəndlərin dağıdılması, Ermənistan hökumətinin inkar etdiyi faktlar və tarixi sənədlərin sübuta yetirdiyi həqiqətlərdən danışıb.

Onun sözlərinə görə, ermənilərin 1917–1918-ci illərdə İrəvan quberniyasında törətdiyi kütləvi zorakılıq və qırğınlar danılmaz faktlardır: “İrəvan quberniyasında 199 azərbaycanlı kəndi yerlə-yeksan edilib. O zaman İrəvan faciəsini Fövqəladə İstintaq Komissiyası üzə çıxara bilmədi. Çünki komissiya İrəvana buraxılmadı. Bununla da Ermənistan ərazisində azərbaycanlıların taleyi araşdırılmadı. İrəvan quberniyasında sistemli etnik təmizləmə tarixi sənədlərlə sübuta yetirilib. Sovet vaxtı daşnak hökumətinin 250 müsəlman kəndini dağıtması faktı təsdiqlənib. Ermənistanda 30 aylıq daşnak hakimiyyəti dövründə azərbaycanlıların sayı 77 faiz azalıb”.

Tarixçi deyib ki, Azərbaycan Cümhuriyyəti dövrünün sənədləri İrəvan faciəsini açıq ortaya qoyur: “1919-cu ilin sənədləri bugünkü mübahisələrə cavab verir. Ermənistan hökumətinin inkar etdiyi, ancaq sənədlərin sübut etdiyi həqiqətlər üzə çıxır. Bir sözlə, Ermənistanda azərbaycanlılara qarşı sistemli sıxışdırma siyasəti aparılıb”.

İ.Niftəliyev İrəvandakı soyqırımın qarşısının alınmamasının səbəbləri, 70 min azərbaycanlının yoxa çıxması və s. məsələlərə də aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 4-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?”
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO
Gündəm / 31.03.2026 00:02
Azərbaycanlıların soyqırımı günüdür - FOTO - VİDEO
Mədəni / 30.03.2026 14:26
Xalq artisti Rasim Balayev dəfn edilib – YENİLƏNİB - FOTO
Mədəni / 28.03.2026 23:19
Qərbi Azərbaycanda cıdır tamaşaları - VİDEO
Siyasi, Sosial / 27.03.2026 23:15
“Ermənilər azərbaycanlı qadının üstünə benzin töküb yandırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.03.2026 14:22
“Nəvələrim də baba yurduna qayıtmaq istəyir” – Şaban Həsənovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 24.03.2026 23:52
Bozburun, Bozqala, Bozdoğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.03.2026 14:22
Bozburun dağının Yerax olma sirri – ANONS - FOTO - VİDEO
Mədəni, Sosial / 21.03.2026 23:22
Qərbi Azərbaycanda ilaxır çərşənbə ayinləri - VİDEO
Gündəm, Mədəni / 20.03.2026 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Siyasi, Sosial / 19.03.2026 14:50
Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi - FOTO
Gündəm / 18.03.2026 17:28
İlham Əliyev Azərbaycan xalqını Novruz münasibətilə təbrik edib
Mədəni / 18.03.2026 12:52
Ardanış Kənd İcması Ramazan və Novruz tədbiri keçirib - FOTO
Siyasi, Sosial / 17.03.2026 23:14
Boğutlu, Bozabdal, Bozavdal yaylası – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 17.03.2026 14:22
76 il əvvəl adı saxtalaşdırılan oğuz məskəni – ANONS - VİDEO
Mədəni / 17.03.2026 00:01
Bu gün Torpaq çərşənbəsidir
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu? - VİDEO
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib