Müsahibə 14.10.2024 21:18

“İrəvan xanlığının 1111 kəndindən cəmi 62-də gəlmə ermənilər yaşayıb” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki,  jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı İlham Məmmədov olub.

O, ata-baba yurdu Zəngibasar mahalından söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycanın bu dilbər guşəsi ilə bağlı uşaqlıq xatirələri var. O, babalarının və digər qohumlarının ötən əsrin əvvəlində baş verən birinci deportasiya zamanı Zəngibasar və Üçkilsə rayonlarından, o cümlədən Uluxanlı qəsəbəsindən, Rəncbər kəndindən köçərək Yevlaxda, əsasən də Səmədabad kəndində məskunlaşdığını diqqətə çatdırıb. Deyib ki, ermənilər o dövrdə azərbaycanlılara qarşı ən böyük soyqırımı məhz Zəngibasarda törədiblər. Millət vəkili söyləyib ki, məcburən öz evini tərk edən, qətliamlara məruz qalan soydaşlarımız bir neçə ildən sonra tarixi torpaqlarımıza, qədim yurd yerlərimizə təkrar qayıdıblar. Lakin əfsuslar olsun ki, onlar 1948-1953-cü illərin deportasiyasında yenidən doğma evlərini, ocaqlarını tərk etmək məcburiyyətində qalıb, didərginlik həyatı yaşayıblar.

Deputat İ.Məmmədov Qərbi Azərbaycanda tarixən soydaşlarımızın yaşadığını xatırladıb. Qeyd edib ki, İrəvan xanlığı dövründə 1111 kənddən yalnız 62-də gəlmə ermənilər yaşayıblar. O, 1828-1920-ci illər ərzində Qərbi Azərbaycanda cəmi 3 kəndin adının dəyişdirildiyini vurğulayıb. Deyib ki, Sovet Ermənistanı dövründə toponimlərimizə qarşı dövlət səviyyəsində soyqırımı törədilib, azərbaycanlılara məxsus yer adları kütləvi şəkildə dəyişdirilib.

1988-ci il deportasiyasından danışan millət vəkili İ.Məmmədov bildirib ki, o dövrdə azərbaycanlıları müdafiə edən, onların problemini SSRİ rəhbərliyi qarşısında qaldıran, qətiyyət nümayiş etdirən rəhbər şəxs olmayıb. Buna görə də azərbaycanlılar böyük maddi və mənəvi ziyanla üzləşib, doğma el-obalarından zorla qovulublar.

Milli Məclisdə Yevlax seçicilərini təmsil edən İ.Məmmədov deyib ki, bu rayonun İrəvanlı qəsəbəsinin sakinləri vaxtilə Qərbi Azərbaycanın ən müxtəlif yaşayış məntəqəsindən deportasiya olunan soydaşlarımızdır. O, həmin sakinlərlə tez-tez görüşdüyünü xatırladıb. Deyib ki, Qərbi azərbaycanlılar ata-baba torpaqlarına qayıtmaq istəyirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 14-də saat 19:30-da Baku TV”-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 14.10.2024 21:18
“İrəvan xanlığının 1111 kəndindən cəmi 62-də gəlmə ermənilər yaşayıb” - FOTO - VİDEO
Təhlil / 14.10.2024 14:28
İrəvana qayıdış günü – 2806 yaşlı şəhərin yiyəsi – TƏHLİL
İdman / 14.10.2024 11:00
Şəhid Jurnalistlərin Xatirə Turnirinin finalçıları bəlli oldu - FOTO - VİDEO
Elm və təhsil / 13.10.2024 11:49
“Qərbi Azərbaycanın Şirin inciləri” kitabının təqdimatı olub - FOTO
Elm və təhsil, Mədəni / 12.10.2024 22:55
“Ermənilərin Qafqazda ilk abidəsi 1869-cu ildə Bakıda tikilən kilsədir” - FOTO - VİDEO
Elm və təhsil / 12.10.2024 13:58
Ermənilər 50 Azərbaycan abidəsini saxtalaşdırıblar – ANONS - VİDEO
İdman / 12.10.2024 09:00
Bu gün “Gənclər 2020”-“Ardanış” və “Turan”-“Göyçə” dueli olacaq
Siyasi, Sosial / 11.10.2024 22:44
“Axparlar deyirdilər ki, bizi aldadıb bura gətiriblər, sizi də qovacaqlar” - FOTO - VİDEO
Dünya, Təhlil / 11.10.2024 17:36
“Hizbullah”-İsrail savaşı – Yaxın Şərqdə təhlükə mənbəyi – TƏHLİL
Mətbuat / 11.10.2024 16:43
Sədrəddin Soltan ATİB-in elan etdiyi yazı müsabiqəsinin qalibi olub - FOTO
Siyasi, Sosial / 11.10.2024 13:09
“Axparların ayaqqabısını oğurlayırdılar” – Seyfəddin Mustafayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.10.2024 22:44
Ermənistanda azərbaycanlıların məktəbi, bələdiyyəsi, parlament fraksiyası olacaq - FOTO - VİDEO
Təhlil / 10.10.2024 17:51
Gürcüstanda parlament seçkiləri: “Xarici təsirlər”, yaxud “Xarici agentlər” – TƏHLİL
Təhlil / 10.10.2024 15:40
“İrəvanda Qərbi Azərbaycan Respublikası yaradılacaq” – ANONS - VİDEO
Təhlil / 10.10.2024 15:36
“Başları əlhəd daşına dəyən” ermənilər – TƏHLİL
Siyasi, Sosial / 09.10.2024 22:15
Ruben Haxverdiyan: “Bu gün türksüz Ermənistanı təsəvvür etmək olmaz” - FOTO - VİDEO
Təhlil / 09.10.2024 15:39
Putin Paşinyana yer göstərdi – Moskva İrəvandan gedir – TƏHLİL
İqtisadi, Mətbuat / 09.10.2024 15:16
“Global Media Group” və BMT-nin Qlobal Sazişi arasında MEMORANDUM imzalanıb - FOTO
Elm və təhsil, Siyasi / 09.10.2024 13:08
Ermənilərin Qarabağ etirafları – ANONS - VİDEO
İdman / 09.10.2024 08:34
Xatirə Turnirində 1/4 oyunların yaddaqalan MƏNZƏRƏSİ - FOTO
Elm və təhsil, Siyasi, Sosial / 08.10.2024 21:56
Ağkənd və Agğöl – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.10.2024 18:45
“Cahan şahın dövründə ermənilər Qafqazda missioner kimi peyda olublar” - FOTO - VİDEO
Təhlil / 08.10.2024 16:50
Ştirlis kimi davranan Paşinyan – İrəvanın çobanyastığı siyasəti – TƏHLİL
Maraqlı, Şou / 08.10.2024 13:17
Ermənilərin “Ağgöl qoruğu” cinayəti – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 08.10.2024 12:36
“İrəvan Romadan 28 yaş böyükdür” – ANONS - VİDEO
İdman / 08.10.2024 10:27
Şəhid Jurnalistlərin Xatirə Turniri – yarımfinal oyunları və bombardirlər CƏDVƏLİ - FOTO