İdman 18.07.2019 10:08

“İrlandiya çempionu ilə ağır oyunlarımız olacaq” – Rəşad Sadıqov

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının I təsnifat mərhələsində evdə “Partizani”yə 2-0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Rakus.az xəbər verir ki, o, əvvəlcə oyun haqda danışıb.

– Birinci oyundan sonra rəqibi daha yaxşı tanıdıq. Belə ssenarini gözləyirdik. Məcbur idik ki, ikinci hissədə sürəti artıraq. Rəqib çox yaxşı müdafiə olunurdu. İkinci hissədə oyunumuz daha yaxşı alındı və qələbə qazandıq. Xatırlamıram ki, ilk mərhələdə hansısa oyunumuz bu qədər rəngarəng alınsın.

– İlk hissədə qol vura bilmədiz. Vaxt keçdikcə həyəcan artırdı?

– Əslində,  qol vaxtında gəldi. Bəlkə, bir az gec olsaydı, həyəcan da olardı. Fasilədə Qurban müəllim dedi ki, tələsməyin, həyəcanlanmayın, 90-cı dəqiqədə də, lap əlavə vaxtda da qol vura bilərik. Hesaba fikir verməyin, oyununuzu oynayın.

– Yeni tansferlər sanki komandada çoxdan çıxış edirlərmiş kimi görünürdü. Komandaya tez uyğunlaşdılar.

– Bu, bizi sevindirir. Amma düşünürəm ki, vaxt keçdikcə bir-birimizə daha yaxşı uyğunlaşacağıq. Bu, elə bir şeydir ki, vaxt lazımdır. Ola bilsin ki, bu gün oyunları yaxşı alındı, sabah alınmadı.

– Düşünmürsünüz ki, rəqibin ən yaxşı qol vəziyyəti ikinci hissədə Vaqnerin qurtarışı idi?

– Bizim də qaçırdığımız qol vəziyyətləri vardı. Onlarda 1 qol epizodu oldusa, bizdə 4-5 100%-lik qol epizodu oldu. Bu, futboldur. Həmin an qol vurulsaydı, qarşıda yenə də 15 dəqiqəmiz vardı. Biz də gözləyirdik. Hazırlaşmışdıq ki, hətta, ola bilər ki, onlar da qol vursun. Çox şeyə hazırlaşırsan, amma meydançada alınacaq, alınmayacaq, bunu bilmirsən.

– Sanki “Partizani” 2-ci mərhələdəki rəqibinizdən güclüdür.

– İkinci mərhələdəki rəqibi hələ yaxşı tanımırıq. Bundan sonra analiz edəcəyik. Paltardəyişmə otağında telefon vasitəsi ilə penaltilər seriyadını izlədik. Rəqibimiz İrlandiya komandası oldu. İlk dəfədir ki, İrlandiya çempionu ilə qarşılaşacağıq. Bizi uzun yol gözləyir. Əminəm ki, bu komanda ilə də ağır oyunlarımız olacaq. Əlimdən gələni edəcəyəm ki, bizim üçün yaxşı olsun.

– Penaltilər seriyasına baxanda, “Riqa” ilə qarşılaşmağınızı daha çox istəyirdiniz?

– Xeyr, mən heç vaxt rəqib seçmirəm. Allaha buraxıram. Hansı məsləhətdirsə, o düşsün.
Əlimdən gələni edəcəyəm ki, bizim üçün yaxşı olsun.

(qol.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO