skip to Main Content
İqtisadi 14.06.2020 21:00

İş qrafiklərinin dəyişdirilməsi mümkündürmü?

“Azərbaycanda iş qrafiklərinin dəyişdirilməsi ilə bağlı məsələ həmişə aktualdır”.

Rakus.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

O bildirib ki, iş qrafiklərinin dəyişdirilməsi Bakıda sıxlığın aradan qaldırılmasına kömək ola bilər:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının qaldırdığı bu məsələ çox aktualdır. Bu məsələni 5-6 il bundan qabaq Milli Məclisdə gündəmə gətirmişdim ki, Bakıda sıxlığın aradan qaldırılması üçün bu təcrübədən istifadə edilsin.

İş vaxtları, məktəblərin, universitetlərin dərs qrafiki müxtəlif saatlara çəkilsin və hamı eyni vaxtda səhər evdən çıxıb axşam evə qayıtmasın. Bu zaman çox böyük sıxlıq və gərginlik yaranır. Hesab edirəm ki, təkcə pandemiya dövründə deyil, sonrakı vaxtlarda da, xüsusən Bakı şəhəri üçün bu məsələ çox aktualdır.

Dərs və iş qrafikləri 1-2 saat fərqlə tərtib olunsa, həm nəqliyyatda sıxlığı aradan qaldıra bilərik, həm də bu, insanların kütləvi şəkildə bir yerə toplanması və virusa yoluxmaların qarşısının alınmasına kömək ola bilər.

Fərqli vaxtlarda işdən çıxan adamlar marketlərə, idman zallarına, restoranlara və digər yerlərə də fərqli vaxtlarda gedəcəklər və həmin məkanlarda gərginlik və sıxlığın qarşısı alınacaq. 1-2 saat fərq təkcə iş yerlərində deyil, bizim sosial həyatımızda da rahatlaşma gətirə biləcək”.

Komitə sədri vurğulayıb ki, bununla bağlı Avropa ölkələrinin təcrübəsi var: “Bəzi Avropa ölkələrində bir sıra yerlərdə iş səhər saat 7-də başlayır. Vacib deyil ki, hər yerdə iş səhər saat 9-da başlasın. Saat 07:00-da, 08:00-da, 10:00 və 11:00-da iş başlaya bilər. Tez işə gələn də işdən tez çıxacaq və digər işləri ilə məşğul olacaq. Bu tədbir həyata keçirilə bilər. Bununla bağlı özəl sektora tövsiyə verilə bilər, dövlət qurumları da qərar qəbul edə bilər ki, hansı iş saat neçədə başlasın”.

Xatırladaq ki, R.Bayramlı bildirib ki, səhər və axşam saatlarında işə gəlib-gedənlərin sayının nizamlanması, nəqliyyatda sıxlığın yaranmaması üçün təkliflər hazırlanaraq Operativ Qərargaha təqdim edilib.

Onun sözlərinə görə, sıxlığın yaranmaması üçün müəssisələrə müraciətin edilməsi nəzərdə tutulur: “İş yerlərinə müraciət etmək istəyirik ki, işçilər 3 qrupa bölünsünlər və ayrı-ayrı saatlarda işə gəlsinlər”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Back To Top
×Close search
Axtar