Gündəm 06.08.2019 13:38

İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT

Ölkımizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilib. Bu sahədə turizmin genişləndirilməsinə də xüsusi önəm verilir. Respublika Prezidenti İlham Əliyevin böyük diqqət yetirdiyi və hərtərəfli şərait yaratdığı bu sahəyə bəzi rayonlarda son dərəcə kortəbii yanaşılır, pul insan həyatından belə üstün tutulur. Məsələn, İsmayıllı rayonunda olduğu kimi.

Bu ilin may ayının 27-də saytımızda “İsmayıllının Zərnava kəndində PUL insandan önəmlidir başlıqlı yazı dərc olunmuşdu (Redaksiyamızın çəkiliş qrupunun konkret faktlara əsaslanan yazısı ilə burada tanış ola bilərsiniz).

Bildirmişdik ki, Zərnava körpüsü Lahıc kəndinə gedən yolda yerləşdiyindən burada xarici turistlərin kütləvi olacağını unutmamalıyıq. Çünki asma körpüdən onlar da müəyyən ödəniş müqabilində istifadə edəcəklər. Buna görə də qanuna hörmətlə yanaşmalıyıq. Lakin elanda göründüyü kimi eyni vaxtda körpüdən neçə nəfərin istifadə ediləcəyi rəqəm silinib.

26.05.2019

Yazının dərcinə ilk olaraq Dövlət Turizm Agentliyi reaksiya verdi və bu məsənənin onlara aidiyyatı olmadığını bildirməklə müvafiq orqanlara məlumat verəcəklərini qeyd etdilər.

İsmayıllı rayon icra hakimiyyəti də məsələyə operativ münasibət bildirdi. Rayon İcra Hakimiyyətinin başçısı Mirqamət Sadıqov redaksiyamızla telefon əlaqəsi yaradaraq tənqidi yazıya görə yaradıcı kollektivə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bununla əlaqədar olaraq gün ərzində ciddi araşdırma aparılacaq və nəticəsi barədə sizə məlumat veriləcək. Belə də oldu, tənqidi yazımız araşdırıldı və redaksiyaya göndərilən cavab operativ olaraq dərc edildi.

Cavab məktubunu, Zərnava bələdiyyəsi sədrinin məlumatını və göndərdikləri şəkli olduğu kimi bir daha nəzərinizə çatdırırıq.

Rakus.az saytının rəhbərliyinə

Hörmətli sayt rəhbəri!

Zərnava körpüsü ilə bağlı yaranmış problemin ardan qaldırılması üçün mövcud vəziyyəti faktlarla işıqlandırdığınız üçün Sizə təşəkkürümüzü bildiririk.

Məlumat üçün bildiririk ki, körpü Zərnava bələdiyyəsinin balansındadır. Sizin “İsmayıllının Zərnava kəndində PUL insandan önəmlidir” başlıqlı yazınız ilə tanış olduqdan sonra bələdiyyənin sədri Afaq Məhərrəmova İcra Hakimiyyətinə dəvət olunaraq problemin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi tövsiyə olunmuşdur. Bələdiyyə sədri A.Məhərrəmova promlemin aradan qaldırıldığı haqqında İcra Hakimiyyətinə rəsmi məlumat vermişdir. A.Məhərrəmovaya gələcəkdə  də hər hansı hadisənin baş verməməsi üçün körpünün yük götürmə qabiliyyətinin dəqiq yoxlanılması ilə əlaqədar rəsmi təşkilatların rəyinin alınması məsləhət görülmüşdür.

Bələdiyyənin rəsmi məlumatı əlavə olunur.

Xahiş edirik nəzərə alasınız.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının

İnformasiya təminatı və təhlil sektoru

30.05.2019

 

Çəkiliş qrupumuz bazar günü – avqustun 4-də hadisə yerində oldu. Demək olar ki, İcra hakimiyyətinin qeyd etdiyimiz məktubu və bələdiyyə sədrinin məlumatı tamamilə unudulub. Eyni vaxtdan körpüdən neçə nəfərin istifadə etməsi pulun ( 50 qəpik) müqabilində silinib (Foto və video görüntülər buna əyani sübutdur). Körpüdə 12-13 nəfərin olmasına baxmayaraq “nəzarətçi” kimi pul toplayan şəxs əlavə insanları dəvət edirdi. Bu isə ağır faciələrin astanasında olduğumuzu göstərir.

4.08.2019

Bu insanlığa qarşı cinayət, dövlətə qarşı xəyanər, cəmiyyətimizə qarşı rüsvayçılıqdır. Nə bu qanunsuzluğa nəzarət edən var, nə də ona qarşı tədbir görən. Hətta ödəniş üçün qəbz də verilmir. Belə olan halda xarici turistin bizə hansı münasibət bəslədiyini düşünmk çətin deyil.

Məsələ ilə bağlı dünən İsmayıllı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq onlara da ətraflı məlumat verdik. Lakin yazı dərc olunana qədər icra hakimiyyətindən heç bir xəbər olmadı.

Bütün bunlar onu göstərir ki, qanuna İsmayıllı rayonunda məhəl qoyulmur, bələdiyyə sədri bizə məktub yazır, özünü təmizə çıxartmağa çalışır, ancaq əvvəlki işindən əl çəkmir. Sabah ehtimal olunan faciə isə böyük araşdırmalara səbəb olacaq. Bəs onda indi niyə susurlar ?!

Mikayıl Nərimanoğlu,
Baş redaktor, Əməkdar jurnalist

 

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO