İspaniya çempionatı bərpa olunur
Koronavirus epidemiyasına görə yarımçıq dayandırılmış futbol üzrə İspaniya çempionatının bərpasına qərar verilib.
Rakus.az xəbər verir ki, karantin vəziyyətindən 4 mərhələli çıxış planı hazırlayan ölkədə çempionatın iyunun 5-12-də bərpası gözlənilir. İspaniyanın Baş Naziri Pedro Sançesin açıqladığı tədbirlər planına uyğun olaraq, futbolçulara mayın 4-dən etibarən fərdi məşqlərə başlamağa icazə veriləcək.
Mayın 18-dək fərdi məşqlərin ediləcəyi ölkədə daha sonra qrup halında hazırlıqlara başlanacaq. İyunun 1-də komandalar məşqlərini tam heyətlə davam etdirəcəklər.
La Liqanın prezidenti Xavyer Tebas isə görüşlərin azarkeşsiz keçiriləcəyini söyləyib. O deyib: “Digər ölkələrdə komandalar artıq məşqlərə başlayıblar. İspaniyada futbol həmin ölkələrdəki kimi önəmli iqtisadi gücdür”.