İspaniya La Liqası mövsümü başa vurdu
İyunun 19-da futbol üzrə İspaniya La Liqasının sonuncu – 38-ci turun oyunları keçirilib.
Rakus.az xəbər verir ki, 37-ci turda vaxtından əvvəl çempionluğunu təmin edən “Real Madrid” səfərdə autsayder “Leqanes” komandasını qonağı olub. Görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.
Çempionatda gümüş medalların artıq təmin edən “Barselona” sonuncu turda səfərdə “Deportivo Alaves” komandasının qonağı olub. Görüş Kataloniya təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 5:0.
“Atletiko Madrid” isə öz meydanında “Real Sosyedad” klubunu ilə heç-heçə edib – 1:1.
Beləliklə, 38 turdan sonra yekun turnir cədvəli aşağıdakı kimdir:
1. “Real Madrid” – 87 xal;
2. “Barselona” – 82;
3. “Atletiko Madrid” – 70;
4. “Sevilya” – 70;
5. “Villyareal” – 60;
6. “Real Sosyedad” – 56;
7. “Qranada” – 56;
8. “Xetafe” – 55;
9. “Valensiya” – 53;
10. “Osasuna” – 52;
11. “Atletik Bilbao” – 51;
12. “Levante” – 47;
13. “Real Valyadolid” – 42;
14. “Eybar” – 42;
15. “Real Betis” – 41;
16. “Deportivo Alaves” – 39;
17. “Selta Viqo” – 37;
18. “Leqanes” -36;
19. “Malyorka” – 36;
20. “Espanyol” – 32.
İspaniyanı UEFA Çempionlar Liqasında “Real Madrid”, “Barselona”, “Sevilya”, “Atletiko Madrid”, UEFA Avropa Liqasında “Villyareal” və “Real Sosyedad” və “Atletik Bilbao” təmsil edəcək.
Həmçinin La Liqanı “Leqanes”, “Malyorka” və “Espanyol” klubları tərk edir. La Liqaya 2-ci diviziondan “Hueska”, “Kadiz” və “Almeriya” komandaları yüksəlir.