İdman 03.09.2019 15:53

İstanbulda “İƏT Gənclər günü” Forumu işiə başladı

3 Sentyabr 2019-cu i tarixdə Türkiyənin İstanbul şəhərində “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər günü” Forumu öz işinə başlayıb.

Rakus.az xəbər verir ki, tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirdə eyni zamanda, İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun (İCYF) prezidenti Taha Ayhan, Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu, İƏT mədəniyyət və sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Mali gənclər və idman naziri Aruna Modibo Toure və digərləri də iştirak edirlər.

Forum zamanı çıxış edən nazir Azad Rəhimov ilk olaraq Taha Ayhanı İCYF -a prezident seçilməsi münasibəti ilə təbrik edib, ona uğurlar arzuladı. Nazir, bu təşkilatın çox böyük inkişaf yolu keçdiyini və ötən dövr ərzində İƏT üzv ölkələrdən 48 gənclər institutunun İCYF sıralarına qoşulduğunu xüsusi olaraq qeyd etdi.

Nazir çıxışında Azərbaycan Hökümətinin daim İCYF -nı dəstəklədiyini, 2004-cü ildə Prezident İlham Əliyevin himayəsi altında İslam Əməkdaşılığı Gənclər Forumunun Baş Assambleyasının Bakıda keçildiyini diqqətə çatdırdı. Eyni zamanda, İstanbulda İCYF-nın baş gərargahının açılışında da cənab İlham Əliyevin iştirak etdiyini bildirirdi. Nazir vurğuladı ki, həmin gün, 3 sentyabr tarixinin İslam Konfransı təşkilatı tərəfindən İslam ölkələri “Gənclər günü” kimi qeyd olunması haqqında qərar qəbul edilib.

Azad Rəhimov təşkilat və Azərbaycan Höküməti arasındakı sıx münasibətlərdən danışarkən bildirib: “2018-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İdarə Heyətinin qərarına əsasən, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yaranması və inkişafındakı təşəbbüs və roluna, İslam Əməkdaşlıq Təşkilatı gəncliyinin inkişafına yönəlmiş fəaliyyətlərə və quruma üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə verdiyi daimi və müstəsna dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun “Gənclərin hamisi” ilk Fəxri Nişanı” nı verdiyiniz üçün sizə təşəkkür edirəm.” Çıxışının davamında nazir söyləyib ki, bu gün dünyanın 25%-i, təqribən 2 milyard əhalisini müsəlmanlar təşkil edir. Bu din dünyada yüksək sürətlə inkişaf etməkdədir. Əfsuslar olsun ki, bir sıra İslam ölkələrinin gəlirləri və həyat səviyyələri dünyanın digər ölkələri ilə müqayisədə çox aşağıdır. Təhsil və gənclər siyasəti hər bir ölkənin prioritet sahələrindən olmalıdır. Gənclər, siyasi, iqtisadi, ümumilikdə ölkənin inkişafına yönəlik sahələrdə özlərini realizə edib, böyük işlərə imza atmalıdırlar. Təbii ki, bütün bu məsələlərdə dövlətin rolu əvəzsizdir. Ölkədə gənclər siyasəti mütləq şəkildə yüksək səviyyədə inkişaf etməlidir.

Mövzunun davamı olaraq Azərbaycanda həyata keçirilən Dövlət gənclər siyasəti haqda məlumat verən nazir Azad Rəhimov bildirib: “Ümummilli lider Heydər Əliyev tərəfindən 1997-ci ildən ölkəmizdə “2 Fevral Gənclər günü” qeyd edilir. Bu gün Azərbaycanda gənclərin inkişafına yönəlik Dövlət proqramları, Strategiyalar uğurla həyata keçirilir. Ölkəmizin müxtəlif regionlarında gənclərin özlərini realizəsi üçün 40-dan artıq Gənclər Mərkəzləri mövcuddur. 300-dən çox Gənclər Təşkilatları fəaliyyət göstərir.”

Sonda nazir Forum iştirakçılarına uğurlar arzuladı.

Xatırladaq ki, forum çərçivəsində nazir Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu, İƏT mədəniyyət və sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Mali gənclər və idman naziri Aruna Modibo Toure, eyni zamanda, Dünya Etnosport Federasiyasının prezidenti Bilal Erdoğanla ikitərəfli görüşlər keçirib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS