İstanbulda səsvermənin ilkin nəticələri açıqlandı
İyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə keçirilən təkrar səsvermə ilə bağlı ilkin nəticələr açıqlanmaqdadır. Nəticələrə görə, namizəd Əkrəm İmamoğlu səsvermədə iştirak edənlərin təxminən 50-53 faizinin etimadını qazanaraq irəlidədir.
Rakus.az xəbər verir ki, səsvermədə orta seçici fəallığı 80 faiz civarındadır.
Əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq Baş nazir və Türkiyə Böyük Millət Məclisinin əvvəlki sədri Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi, İstanbulun Bəylikdüzü bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu arasında olub.
Televiziya kanallarının yaxın vaxtda seçkiyə dair azad şəkildə verilişlər yaymağa başlayacaqlar.
Türkiyə Ali Seçki Komissiyası tərəfindən günün sonunadək səsvermənin ilkin nəticəsi barədə məlumat veriləcəyi gözlənilir.
Bülletenlərin sayılması davam edir.