İstiliyin verilməsinə başlanacaq
“Azəristiliktəchizat” ASC 2019-2020-ci illərin payız-qış istilik mövsümünə tam hazırdır.
Rakus.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.
Onun sözlərinə görə, plana uyğun olaraq, noyabrın 15-dən Azərbaycanda, o cümlədən Bakı şəhərində istiliyin verilməsinə başlanacaq.
“Respublikanın dağ rayonlarında 1 noyabr tarixindən artıq istilik sistemləri fəaliyyətlə başlayıb. Bu mövsümdə 600-ə yaxın qazanxana istifadə ediləcək. 3 850 yaşayış binası, 190 minə yaxın mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə obyekti və 1 600-ə yaxın digər sosial obyekt mövsümdə istiliklə təmin olunacaq”, – deyə İ. Mirzəliyev qeyd edib.
O həmçinin əlavə edib ki, artıq dünən axşamdan başlayaraq bir çox ərazilərdə sistemlərin qoşulmasına başlanılıb və minimal temperaturla fəaliyyət göstərir: “Bu gün də bu işlər davam etdiriləcək və sabah günorta saatlarından etibarən bütün sistem tam şəkildə fəaliyyətə başlayacaq”.