İsveçli hücumçu özünü təriflədi
“Mən ulduzam. Bu, sirr deyil. Yaş isə sadəcə, rəqəmdir”.
Rakus.az xəbər verir ki, bunu “Milan”ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasının XXXI turunun “Yuventus”la ev oyunundan sonra “Football Italia” nəşrinə açıqlamasında deyib.
Turin klubu üzərində 4:2 hesablı əzmkar qələbəni şərh edən isveçli hücumçu özünü tərifləyib: “Yaxşı işləyir, özümü yaxşı hiss edirəm. Bu gün əvvəlki qarşılaşma ilə müqayisədə daha çox oynadım, komandama kömək etməyə çalışıram. Görək, növbəti mövsümdə də “Milan”da çıxış edəcəyəmmi”?
Otuz doqquz yaşlı forvard klubda 3 vəzifəni yerinə yetirdiyini bildirib: “Həm prezident, həm oyunçu, həm də baş məşqçiyəm. Yeganə mənfisi odur ki, yalnız oynadığıma görə pul ödəyirlər. Mövsümün startından burada olsaydım, çempionluğu da qazanardıq”.
Zlatan İbrahimoviç dünənki matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.