İtaliyada transfer pəncərəsinin yeni tarixi açıqlandı
İtaliyada futbol mövsümü iyunun 12-də kubok yarışı ilə bərpa olunacaq. Həmin gün meydana “Yuventus” və “Milan” futbolçuları çıxacaqlar.
Rakus.az xəbər verir ki, iyunun 20-də isə “Torino”–“Parma” matçı ilə “A” seriyası davam etdiriləcək. Turnir yenidən dayandırılacağı təqdirdə çempionun pley-of oyunları ilə aşkarlanmasına dair qərar qəbul edilib. Hələlik 26 turdan sonra 63 xal toplayan “Yuventus” yarış cədvəlinə başçılıq edir. Liderdən 1 xal geri qalan “Latsio” ikincidir. İlk üçlüyü isə 54 xalla “İnter” tamamlayır.
Bundan başqa İtaliyada transfer pəncərəsinin yeni tarixi açıqlanıb. Komandalar sentyabrın 1-dən futbolçuların keçidlərini reallaşdıra biləcəklər. Bu dövr oktyabrın 5-nə qədər davam edəcək.
Xatırladaq ki, pandemiyadan əvvəl transfer pəncərəsi iyulun 1-dən sentyabrın 2-nə qədər olurdu.