Kanadalı pilot “Formula 2″də iştirak etməyəcək
Nikolas Lətifi bildirib ki, növbəti ildə Formula 1-ə düşə bilməyəcəyi təqdirdə belə, Formula 2 yarışlarında iştirak etmək niyyətində deyil.
Rakus.az xəbər verir ki, 24 yaşlı kanadalı artıq gənclər seriyasında özünün üçüncü mövsümünü keçirir, lakin onun adının dəyişdirilməsindən əvvəl də GP2-də çıxış edib və bu turnirdə debütünü 2014-cü ilin sonunda edib. Bu mövsümün başa çatmasına bir mərhələ qalmış pilot şəxsi hesabda ikinci yeri tutur, hərçənd Nik de Vris hələ sentyabrın sonunda Soçidə özünün titulunu təmin edib.
“RaceFans” portalı DAMS komandasında çıxış edən Lətifinin sözlərini sitat gətirir: ”Şübhəsiz ki, Soçidə rəsmi olaraq titula şansı itirmək məni məyus edib. İndi ikinci yerdə qalmaq üçün səy göstərmək lazımdır. Nik və onun ART komandası bu il əla işləyib, çempionatda qələbəyə layiq olduqlarını sübut ediblər. Beləliklə, indi mən diqqətimi vitse-çempion olmağa cəmləşdirməliyəm.
Formal olaraq mən artıq FIA super lisenziyasını özüm üçün təmin etmişəm, hərçənd onu hələ almamışam. Lakin super lisenziya heç zaman mənim məqsədim olmayıb. Mən sadəcə mümkün qədər daha yüksək nəticələr göstərməyə çalışmışam”.
Bu il Nikolas “Williams” komandasının ehtiyat pilotu vəzifəsini yerinə yetirib, mövsümün gedişində altı cümə məşqi keçirib və böyük ehtimalla, məhz o, 2020-ci ildə komandada Robert Kubitsanı əvəz edəcək.
Ötən uik-end zamanı tezliklə öz planlarını elan edəcəyini vəd edən Lətifi əlavə edib: “Növbəti ilə gəldikdə, hələ heç bir şey təsdiq olunmayıb. Lakin mövsümün əvvəlinə qədər bilirdim ki, bu, mənim Formula 2-də, yürüşün necə nəticələnəcəyindən asılı olmayaraq, axırıncı ilimdir. Amma şadam ki, pis çıxış etmədim. İndi 2020-ci il üçün planları götür-qoy etmək vaxtıdır”.