“Keşlə” klubu məlumat yaydı
“Keşlə”nin əsas komandasının məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərov danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunublar, onların izahatları alınıb.
Rakus.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bildirilir ki, adı çəkilən şəxslər 2017-ci ildə “Binə” Futbol Klubundakı fəaliyyətlərinə görə izahat veriblər.
“Keşlə” Futbol Klubu müvafiq araşdırmanın nəticələrindən sonra Mehman Babayev və Asəf Səfərovla bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq.
Klub aparılan araşdırmalarda “Keşlə”nin heç bir aidiyyatının olmadığını bəyan edib: “Klubumuz idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, futbolunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirir”.