Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 9-dan 10-na keçən gecə Kiyevdən çarter reysi yerinə yetirərək 189 həmyerlimizi vətənə çatdırıb.
Rakus.az xəbər verir ki, AZAL-ın məlumatına görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.
Bu reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.
AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.