İqtisadi 15.10.2019 09:40

KOBİA anlaşma memorandumları imzaladı - FOTO

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondu, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB) ilə anlaşma memorandumları imzalayıb.

Rakus.az xəbər verir ki, sənədlər Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) 7-ci Zirvə Görüşü çərçivəsində biznes forumda imzalanıb. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, eləcə də Türkmənistan və Macarıstanın müvafiq dövlət və özəl qurumlarının səlahiyyətli rəsmiləri və iş adamları iştirak ediblər.

Biznes forumda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatların nəticəsində iqtisadiyyatda kiçik və orta sahibkarlıq subyektlərinin rolu artır, KOB-lar iqtisadi proseslərdə yaxından iştirak edirlər. KOBİA-nın fəaliyyəti barədə məlumat verən Orxan Məmmədov Agentliyin fəaliyyətində ən yaxşı müvafiq beynəlxalq təcrübənin tətbiqinə xüsusi diqqət yetirildiyini, bu baxımdan KOBİA-nın TDƏŞ-in üzv ölkələri ilə əməkdaşlığın yaradılmasında maraqlı olduğunu qeyd edib. Bildirilib ki, biznes forumda təmsil olunan ölkələrin Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin ümumi sayı 3000-dən artıqdır və bu birgə layihələrin reallaşdırılması üçün geniş imkanlar yaradır. Artıq KOBİA TDƏŞ-in bir sıra üzv dövlətləri ilə müvafiq əməkdaşlıq əlaqələri qurub. KOBİA 2015-ci ildə imzalanmış “Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurasının üzv ölkələrinin kiçik və orta sahibkarlıq üzrə məsul dövlət qurumları arasında Anlaşma Memorandumuna” qoşulub.

Biznes forum çərçivəsində KOBİA ilə Türkiyənin “Ziraat Bank Azərbaycan” ASC və “Türkiyə İhracat Bankası” (TurkEximbank) arasında əməkdaşlığa dair Niyyət Protokolu, eləcə də KOBİA ilə Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA), Türk Katılım Bankları Birliyi (TKBB) və Özbəkistanın İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində Kiçik Biznes və Sahibkarlığın İnkişafı Agentliyi arasında 3 anlaşma memorandumu imzalanıb. Sənədlər KOBİA ilə Türkiyə, Özbəkistan və Macarıstanın müvafiq qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar yaradacaq, birgə səylər nəticəsində KOB-lar üçün qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi təmin olunacaqdır.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS