Siyasi 26.03.2020 13:59

Koronavirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik – Əli Əhmədov

“Bütün səylərimizi birləşdirərək, Azərbaycan Prezidentinin çağırışına qoşularaq, həmrəylik nümayiş etdirərək, bütün dünyanı lərzəyə salan və bütün ölkələrin cəmiyyətlərini ciddi şəkildə narahat edən koronavirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik”.

Rakus.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov deyib.

“Prezident İlham Əliyev karantin rejimi ilə əlaqədar olaraq, köməyə və dəstəyə ehtiyacı olan vətəndaşlara yardım etmək məqsədilə könüllülərin xidmətinin fəallaşmasının vacib olduğu fikrini söyləyib. Yeni Azərbaycan Partiyasının könüllüləri də ölkə başçısının bu çağırışına qoşularaq, aksiyaların həyata keçirilməsində iştirak edirlər. Diqqətinizə çatdırmaq istəyirəm ki, YAP könüllüləri artıq bir neçə gündür ahıl, köməyə və dəstəyə ehtiyacı olan, tənha yaşayan insanlara qoruyucu vasitələrin çatdırılması ilə əlaqədar aksiya keçirib. Bu günə qədər 2500 insana bu yardımlar çatdırılıb. Bu aksiyalar bundan sonra da davam etdiriləcək. Məqsəd isə ondan ibarətdir ki, ehtiyacı olan, lakin həmin vasitələri almaq üçün çölə çıxmaq imkanı olmayan şəxslərə koronavirusdan mübarizə üçün vasitələri çatdırmaqdır.

İkinci istiqamətdə könüllülər vasitəsilə  həyata keçirdiyimiz aksiya karantin rejimi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birgə ahıl, yaşlı və tənha yaşayan insanlara dəstək göstərilməsi ilə əlaqədardır. Bu aksiyada YAP-ın Bakı şəhəri üzrə 200-dən çox, bütövlükdə Azərbaycan üzrə 550-dən çox könüllüləri səfərbər olub”, – deyə Ə. Əhmədov vurğulayıb. (apa.az)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS