Koronavirusla Mübarizəyə yardımlar davam edir
“Nar” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna yarım milyon manat vəsait ianə edib.
Fondun məqsədi koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır.
Qlobal pandemiya ilə mübarizəyə qoşulan “Nar” Azərbaycanda koronavirusun yayılmasının qarşısını almağa çalışan tibb personalını, o cümlədən, xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin edib.
TƏBİB ilə bərabər “Nar” ölkə ərazisində epidemiya ilə mübarizə aparan karantin xəstəxanalarına və tibb mərkəzlərinə 50 AZN dəyərində “Nar” ödəmə kartlarının paylanmasını təşkil edib.
Bundan əlavə, “Nar” ölkədə koronavirus əleyhinə aparılan fəaliyyətə dəstək olmaq üçün TƏBİB-in 1542 qaynar xətt nömrəsinə zəngləri tamamilə ödənişsiz edib. Eyni zamanda, “Nar” abunəçiləri bütün sorğularla bağlı evdən çıxmadan “Nar+” mobil tətbiqetməsindən və mobil operatorun rəsmi sosial media səhifələrindən dəstək ala, həmçinin, gücləndirilmiş rejimdə fəaliyyət göstərən 777 Çağrı Mərkəzinin xidmətlərindən yararlana bilərlər.
“Nar” hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.
Ölkənin aparıcı kabel televiziya operatorlarında biri olan KATV1 (AG Telekom şirkətin ticarət nişanı) bütün dünyada geniş yayılan COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.
KATV1 dövlətimizin başçısının təşəbbüsünü dəstəkləməyi özünə borc bilərək, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli müvafiq Fərmanına uyğun olaraq yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 (yüz min) manat məbləğində vəsait ayrılmasına dair qərar verib.
Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına uyğun olaraq KATV1 korporativ sosial məsuliyyət strategiyalarına əsasən koronavirusla mübarizə, o cümlədən onun qarşısının alınması üçün fevral ayının sonlarından başlayaraq müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirir. İşçi heyətin, müştərilərin və tərəfdaşların təhlükəsizliyinə böyük önəm verən KATV1 bütün zəruri tədbirləri həyata keçirir. Ofislər və müştəri xidməti mərkəzləri mütəmadi dezinfeksiya edilib, dezinfeksiya vasitələri ilə təchiz olunub və işçilərə tibbi maskalar paylanılıb, iş yerləri xüsusi təmassız termometrlərlə təchiz olunub və girişdə işçilərin temperaturunun ölçülməsi təmin edilib. Bununla yanaşı, işçi heyətin böyük hissəsi “evdən iş” rejiminə keçirilib, bunun üçün zəruri imkanlar və onlayn həllər təqdim edilib, tədbirlər və iclaslar onlayn rejimə keçirilir. Həmçinin ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə olaraq, KATV1 öz abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının movcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir:
– Online Müştəri Xidmətləri (www.katv1.az saytının vasitəsi ilə);
– KATV1 rəsmi https://www.facebook.com/katv1.az/ və https://www.instagram.com/katv1_az/ səhifələri;
– 24 saat fəaliyyət göstərən KATV1 Çağrı Mərkəzi (127).
Çalışmalarımızın məqsədi müştərilərimizə ən yüksək texniki xidmət göstərmək üçün şəbəkənin etibarlılığını artırmaqdır. KATV1 operativ qərargahın təlimatlarına uyğun olaraq ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif öhdəliklərə əməl olunmasına davam edəcəkdir.
Fəaliyyət göstərdiyi 15 il ərzində şirkət ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında özünün korporativ sosial məsuliyyətini anlayaraq daim müxtəlif sosial layihələrə dəstək olub.
Belə ki, “Körpü-Bina-Tikinti” MMC koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə ölkə başçısının 19 mart tarixli sərəncamı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat ayırıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.