Kosmik hava durumunu açıqlandı
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Rakus.az xəbər verir ki, Rəsədxanadan verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb. Hesabat dövründə Günəş küləyi parametrlərində ümumən normal külək rejiminə uyğun qiymətlər müşahidə olunub. Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).
Proqnoz dövründə (14-16 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. İlk iki gün (14, 15 oktyabr) tac dəliyindən çıxan yüksək sürətli axınlar effekti səbəbindən Günəş küləyi parametrlərinin zəif güclənəcəyi proqnozlaşdırılır. Sonuncu proqnoz günü isə (16 oktyabr) şəraitin yenidən normal səviyyəyə geri dönəcəyi gözlənilir.
Proqnoz dövründə (14-16 oktyabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3), lakin qısa fasilələrlə CH HSS effektinin təsiri hesabına ilk iki gün ərzində fəal şərait (Kp=4) müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (14 oktyabr) 5%-dən, qalan iki gün isə (15, 16 oktyabr) 1%-dən aşağı qiymətləndirilir.