İqtisadi 07.05.2020 15:25

KTN seleksiya yolu ilə yeni kartof sortları yetişdirdi

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimləri müasir seleksiya üsullarından istifadə etməklə yeni kartof sortları əldə ediblər.

Rakus.az xəbər verir ki,  Kənd Təsərüfatı Nazirliyindən verilən məlumata görə, “Turan”, “Uğur”, “Vaqif” və “Çənlibel” adları verilmiş seleksiya nümunələri dövlət sort sınağına təqdim edilib.

İnstitutun direktoru Elmar Allahverdiyev bildirib ki, yeni sortların alınmasında xarici mənşəli toxumlardan istifadə olunub. Həmin toxumlar mikroklonal üsulla əldə olunub və laboratoriya şəraitində vurusdan təmizlənib:

“Səkkiz ildir bu istiqamətdə elmi iş aparılır. Tədqiqat işləri son 3 ildə yeni müasir metod və vasitələrdən istifadə edilməklə intensivləşdirilmişdi. Bu dörd yeni sort həm dəmyə, həm də suvarılma şəraiti olan bölgələr üçün əlverişlidir. Eyni zamanda, əkin dövriyyəsində olan mövcud sortlardan məhsuldarlığı 30-40% daha çoxdur. Növbəti mərhələdə bu sortların patentləşdirilməsi və rayonlaşdırılaraq toxumçuluğunun təşkil olunması təmin olunacaq”.

“Turan” sortu tezyetişəndir. Vegetasiya müddəti (kütləvi çıxışdan yığıma qədər) 80-90 gündür. Rəngi açıq sarı, forması təpə tərəfdən incəlmiş uzunsov (armuda bənzər), səthi torşəkilli, ləti krem rənglidir. Nişastanın miqdarı 23,8 faizdir. Əmtəəlik yumrunun çəkisi 80-100 qramdır. Məhsuldarlığı suvarılan şəraitdə 380-460 sentner/hektardır. Saxlanmaya orta davamlıdır. “Uğur” sortu orta tezyetişəndir. Vegetasiya müddəti 90-95 gündür. Rəngi açıq qırmızı, forması yumru, səthi hamar, ləti krem rənglidir. Nişastanın miqdarı 23,7 faizdir. Əmtəəlik yumrunun çəkisi 80-90 qramdır. Məhsuldarlığı suvarılan şəraitdə 360-450 sentner/hektardır. Saxlanmaya orta davamlıdır.

“Vaqif” sortu tezyetişəndir. Vegetasiya müddəti 85-90 gündür. Rəngi sarı, forması yumru oval, səthi torşəkilli, ləti açıq sarı rənglidir. Nişastanın miqdarı 14,5 faizdir. Əmtəəlik yumrunun çəkisi 80-100 qramdır. Məhsuldarlığı suvarılan şəraitdə 380-450 sentner/hektardır. Saxlanmaya orta davamlıdır. “Çənlibel” sortu ortayetişəndir. Vegetasiya müddəti 95-100 gündür. Yumrunun rəngi açıq sarı, forması yastı yumru, səthi hamar, ləti açıq sarı rənglidir. Nişastanın miqdarı 21,8 faizdir. Əmtəəlik yumrunun çəkisi 80-100 qramdır. Məhsuldarlığı suvarılan şəraitdə 350-440 sentner/hektardır. Saxlanmaya orta davamlıdır”,-  İnstitutun Kartofçuluq laboratoriyasının böyük elmi işçisi Mənzər Nəsibova qeyd edib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO