“Laçi” “Keşlə” ilə oyuna bu futbolçularla çıxacaq
Bakının “Keşlə” futbol klubunun UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı Albaniyanın “Laçi” komandası sifariş ərizəsini UEFA-ya təqdim edib.
Rakus.az xəbər verir ki, baş məşqçi Armando Kunqu siyahıya 2 qapıçı, 7 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçunun adını daxil edib.
Qapıçılardan Edmir Sali, Alan Şerri, müdafiəçilərdən Radolf Turkaj, Renato Malota, Dorian Kerçiku, Albon Marku, Endrit Marku, Aleksandar İgnyatoviç (Serbiya), Adolf Selmani, yarımmüdafiəçilərdən Yulian Şehu, Lukan Ramos De Oliveira (Braziliya), Regi Luşkya, Artid Deliu, Donald Rapo, Kleydi Rapo, Teko (Braziliya), hücumçulardan Redon Xhikha, Kyrian Nvabueze (ABŞ), Mertor Mazrekay və Fatmir Prenqay sifariş olunub.
Avqustun 27-də Bakıda “ASK Arena”da keçiriləcək “Keşlə”–“Laçi” görüşü saat 21:00-da başlayacaq.