Elm və təhsil 22.12.2023 21:30

“Ləmbəlidən gətirilən torpağı hələ də evimdə saxlamışam” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ləmbəlidən gətirilən torpağı hələ də evimdə saxlamışam” adlı buraxılış Loru mahalının Barana rayonunun Ləmbəli kənd sakini Ceyran Ənsərin həyat hekayəsinə həsr olunub.

O, Ləlvər dağının ətəyində yerləşən kənddə uşaqlıq illərində yaşadığı gözəl anları, yurd yerlərində, yaylaqlarda, bulaq başında keçirdiyi maraqlı günləri xatırladıb.

Onun sözlərinə görə, kənddə təhsilə çox böyük önəm verilirdi: “Azərbaycan, erməni və rus sektoru olan 3 orta və ibtidai məktəbimiz var idi. Kitab əlimizdən düşmürdü. Bir ildə Aərbaycan məktəbindən 5 nəfər qızıl medal alırdı. Yenidən o yerlərə qayıtsam doğulduğum yerdə sinif yoldaşlarımla birlikdə ikimərtəbəli evimizdən ətrafa baxıb dərindən nəfəs alardım, Tona (Debet) çayının şırıltısına qulaq asardım”.

Orta məktəbi bitirdikdən sonra Bakıda Sabir adına Pedoqoji Məktəbdə oxuduğunu  və 1977-ci ildə kəndə müəllim kimi qayıtdığını deyən C.Ənsər deportasiya və qaçqınlıq həyatından danışıb: “Kəndimizin camaatı 5 dəfə deportasiya uğrayıb. 1988-ci il noyabrın 25-də qəsəbə statuslu kəndimizdə azərbaycanlılar və ermənilər mitinq edirdilər. Ermənilər bizə dedilər ki, daha sizi burada saxlaya bilməyəcəyik. Kəndə rus əsgərləri töküldü. Rus əsgərləri erməniləri müdafiə edirdilər. Bizə dedilər ki, daha sizi qoruya bilmirik. Siz ən yaxşı halda çıxıb getməlisiniz. Kənddə o vaxt yığılıb and içmişdilər, Bakıdan ziyalılar da gəlmişdilər ki, biz bu kəndi tərk etməyəcəyik. Çünki bizim kənd  bir yandan Qazaxla, bir yandan Gürcüstanla həmsərhəd idi. Sonra gördük ki, mümkün deyil, hamı köçüb gedirdi. Həmin dövrdə ermənilər avtomatla insanları öldürmək üçün gəlib bir-bir evləri gəzirdilər, maşınları gülləbaran edirdilər. Nəhayət, bizi Gürcüstana apardılar, bir il orada qaldıq və sonra Bakıdan ev aldıq”.

Vətən həsrətinin ağrıdıcı dərd olduğunu bildirən Ləmbəli sakini söyləyib: “Vətənsizlikdən acı, ağladıcı dərd yoxdu. Vətən olmayan yerdə səadət yoxdu. Məni doğulduğum torpaq çəkir. Keçən il kəndimizdən gətirilən torpaqdan saxlamışam. Ən gözəl xatirələrim, ən xoşbəxt anlarım, özümü biləndən yaşadığım ən xoş günlərim məhz o kəndlə bağlıdır. Eyvanımıza çıxıb bir dəfə baxsam və dərindən bir nəfəs alsam bəlkə də ömrüm bir neçə il uzanar. “Həyat Hekayəm”in əsasında xoşbəxt uşaqlığım, gəncliyim, əziyyət dolu qaçqınlıq və mübarizə dolu həyatım var. O torpaqlar bizimdir, Ermənistana verilib. Doğma yerlərə qayıtmağı, orada yaşayıb ölməyi çox istəyirəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 22-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Gündəm, Video müsahibə / 22.12.2023 21:30
“Ləmbəlidən gətirilən torpağı hələ də evimdə saxlamışam” - FOTO - VİDEO
Dünya, Təhlil / 22.12.2023 16:37
İrəvan-Tehran dostluğu – Acın canı yalançının əlindədir – TƏHLİL
Maraqlı, Sosial / 22.12.2023 13:02
“Ermənilər dedilər ki, çıxıb getməlisiniz” – Ceyran Ənsərin “Həyat Hekayəsi – ANONS - VİDEO
Siyasi / 21.12.2023 21:19
İrəvan, Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılır - FOTO - VİDEO
Təhlil / 21.12.2023 16:41
“exitMDB”yə ismarış – KTMT-dən uzaqlaşan Ermənistan“ – TƏHLİL
Dünya, Siyasi, Təhlil / 21.12.2023 13:36
Paşinyanın xəritə oyunu – Qərbi Azərbaycan Xronikası – ANONS - FOTO - VİDEO
Maraqlı, Siyasi / 20.12.2023 20:55
Cəlaloğlunun Stepanavan adlandırılmasının sirri - FOTO - VİDEO
Siyasi / 20.12.2023 13:14
Əli Hüseynli: “Seçkiləri boykot etmək siyasi mədəniyyətsizlikdir”
Siyasi, Sosial / 20.12.2023 12:54
Cəlaloğlu niyə Stepanavan oldu? – ANONS - VİDEO
Siyasi / 20.12.2023 10:30
İrəvanın növbəti riyakarlığı – QAİ bəyanat yaydı
Elm və təhsil, Sosial / 19.12.2023 22:58
Beş dinin adətlərini yaşadan Kürmük və Baba Hacını nə birləşdirir? - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 19.12.2023 19:05
“Erməni tarixçiləri də Njdenin qanlı hərəkətlərini təsdiq edirlər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm, Siyasi / 19.12.2023 17:04
Paşinyanın yalanları və səfirlərə “əriştə qonaqlığı” – TƏHLİL - FOTO
Elm və təhsil, Sosial / 19.12.2023 13:57
Baba Hacı məqbərəsi – harmoniya simvolu – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 19.12.2023 13:38
“Ermənilərin Bakı və ya Tiflis iddiası” – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 18.12.2023 21:53
“Ermənilər məscidə sığınan 400 azərbaycanlını amansızlıqla qətlə yetiriblər”- MÜSAHİBƏ - FOTO - VİDEO
Texnologiya / 18.12.2023 19:53
“Report” və “Baku TV-Ru” “NETTY 2023” mükafatının qalibi olub - FOTO
Dünya, Təhlil / 18.12.2023 17:01
Avropa İttifaqının nüfuzuna ziyan vuran Fransa – TƏHLİL
Elm və təhsil, Maraqlı / 16.12.2023 20:56
Qədim Şaman inancını yaşadan Bala Məzrə kəndi - FOTO - VİDEO
Siyasi, Təhlil / 16.12.2023 10:01
Səksən ildir dinc həyat tərzi sürməyən fələstinlilər – TƏHLİL - FOTO
Elm və təhsil, Hadisə, Sosial / 15.12.2023 20:12
“Bizi Yevlaxda vaqonlardan düşürüb at arabaları ilə kəndlərə payladılar” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 15.12.2023 14:44
“Ermənilərdən torpaq sahibi olmaz” – Sudif Fətəliyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Dünya, Siyasi, Sosial, Təhlil / 14.12.2023 20:38
“Sülh donuna” bürünmüş Ermənistan genişmiqyaslı təxribat hazırlığı aparır - FOTO - VİDEO
Dünya, Təhlil / 14.12.2023 16:31
Əsirlərin mübadiləsi – etimad mühitinin faydası – TƏHLİL
Siyasi, Təhlil / 14.12.2023 12:40
Ermənistanın Zəngəzurda müharibə hazırlığı – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 13.12.2023 20:47
Çar Rusiyasının çirkin Böyük Qarakilsə planı - FOTO - VİDEO