“Liverpul” klubu “Mançester Siti” ilə xal fərqini 11-ə çatdırdı
Noyabrın 30-da İngiltərə Premyer Liqasının 14-cü turun oyunlarına start verilib.
Rakus.az xəbər verir ki, turun açılış görüşündə son çempion “Mançester Siti” səfərdə “Nyukasl Yunayted” komandasının qonağı olub. Görüş 2:2 hesablı ilə başa çatıb.
“Şəhərlilər”in əzəli rəqibi “Liverpul” isə öz meydanında “Brayton” klubunu məğlub edib – 2:1. Beləliklə, “Liverpul” klubu “Mançester Siti” ilə arasındakı xal fərqini 11-ə çatdırıb.
“Tottenhem” yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında Premyer Liqada ardıcıl ikinci qələbəsini qazanıb. London təmsilçisi “Bormunt” komandasını 3:2 hesabı ilə məğlub edib.
Turun gözlənilməz hesabı “Stanford Bric” stadionunda qeydə alınıb. “Çelsi” öz meydanında “Vest Ham” komandasına minimal hesabla məğlub olub.
“Kristal Palas” isə səfər oyununda “Börnli” klubuna qalib gəlib – 2:0.