Magistraturaya qəbul qaydaları dəyişdirilir
Magistraturaya qəbulla əlaqədar hazırlanan təkliflər artıq yekun razılaşdırma mərhələsindədir.
Rakus.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, magistraturaya qəbulla əlaqədar Təhsil Nazirliyi ölkənin bütün aidiyyəti təhsil müəssisələri və digər həmkar qurumlarla müzakirələr və məsləhətləşmələr aparıb və müzakirələr demək olar ki, yekunlaşıb.
Nazir deyib ki, Nazirlər Kabinetinə təqdim olunacaq qərar layihəsi artıq yekun razılaşdırma mərhələsindədir: “Bu qərar qəbul olunduqdan sonra bir sıra yaradıcılıq, xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla, magistraturaya qəbul qaydalarının birmərhələli həyata keçirilməsi, bununla da magistraturaya qəbul olunan tələbələrin daha asanlıqla təhsilin növbəti pilləsinə daxil olması təmin ediləcək. Düşünürəm ki, Azərbaycan təhsil sistemi bu dəyişikliyin müsbət nəticələrini növbəti illərdə görəcək”.