İdman 30.08.2020 13:34

MBA və MHL-də oyunlar bərpa olunur

İki günlük fasilədən sonra basketbol həvəskarları Milli Basketbol Liqasında (MBA) yenidən play-off oyunlarını izləyəcəklər.

Rakus.az xəbər verir ki, ABŞ-da baş qaldıran növbəti irqçilik qalmaqalına görə oyunları boykot edən basketbolçuları nəhayət ki, meydana çıxmağa razı salan tapılıb. Eyni sözləri Milli Hokkey Liqasına da aid etmək olar.

MBA-da play-off oyunları yenidən bərpa ediləcək. Bu barədə liqa rəhbərliyi məlumat yayıb. Bir neçə gün əvvəl Amerika polisinin qaradərili vətəndaşa atəş açmasından sonra ölkəni bürüyən etiraz dalğası MBA oyunlarına da mənfi təsir göstərib.

İki gün əvvəl “Miluoki” basketbolçuları “Orlando” ilə seriyanın 5-ci oyununa çıxmaqdan imtina etmişdi. Bir neçə saat sonra “Oklahoma Siti” ilə “Hyuston” basketbolçuları analoji addım atmışdı. Vəziyyətin nəzarətdən çıxdığını görən MBA rəhbərliyi play-offu qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib.

Təbii ki, bu proses çox uzun sürə bilməzdi. Onsuz da koronavirus pandemiyası liqanı yetərincə geriyə salmışdı. Belə bir məqamda basketbolçularla liqa rəhbərliyi arasında vasitəçi rolu oynamağa hazır olan kimsə önə çıxmalı idi. Amerika mətbuatının məlumatına görə, bu mənada “Şarlott”un sahibi, assosiasiyada yeganə qaradərili funksioner – Maykl Cordan xüsusi rol oynayıb.

Elə basketbolçular arasında “Oklahoma Siti”nin oyun qurucusu Kris Polla “Mayami”nin forvardı Andre İqudala da liqanın bərpası üçün həmkarları ilə danışıq aparıb. Yeri gəlmişkən, oxşar vəziyyət MHL-də yaranmışdı. Ölkənin bütün peşəkar liqalarında oyunların dayandırılmasını görən MHL rəhbərliyi analoji qərar vermək qərarına gəlib. Vəziyyət qaydasına düşəndən sonra onlar da avqustun 29-da play-off oyunlarını bərpa etməyə razılaşıblar.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS