Məğlubların dueli – “Loru-Borçalı” 3 xal qazanıb - VİDEO
Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turnirinin 2-ci turunda ilk qarşılaşma olub.
Rakus.az xəbər verir ki, Bakı Tennis Akademiyasında A qrupu üzrə “Loru-Borçalı” “Qərbi Azərbaycan”ı qəbul edib.
Görüş qarşılıqlı hücumlarla yadda qalıb. Bu görüş hər iki komanda üçün son dərəcə əhəmiyyətli olduğu üçün gərgin keçib.
“Loru-Borçalı” rəqibin qapısından 12 top keçirib. “İrəvan” bundan yalnız 2-nin əvəzini çıxıb. Oyunun sonlarına doğru üstünlüyü ələ alsa da “Qərbi Azərbaycan” yaratdığı təhlükəli vəziyyətləri qola çevirə bilməyib və sahədən 12:2 hesabı ilə məğlub ayrılıb və bununla da qrupdan çıxmaq şansını itirib.
“Loru-Borçalı” isə aktivinə 3 xal yazdırmaqla turnirdə mübarizəsini davam etdirir.
Oyunu AFFA kökənli hakim Rəsul Babayev idarə edib.
21 oktyabr
A qrupu
Saat 19:30
“Loru-Borçalı” “Qərbi Azərbaycan” – 12:2
Qollar: Nəcəf Nəcəfov 7, Anar Verdiyev 4, Elçin İsmayılov 1,
İlkin Cavanşirov 2.