İdman 07.08.2019 16:10

“Məhəllə Futbolu” layihəsinə start verildi - FOTO

“Böyük futbola gedən yol məhəllədən başlayır” prinsipinə əsaslanaraq, sağlam həyat tərzinin təbliği və uşaqların futbola marağının artırılması məqsədilə PAŞA Sığortanın dəstəyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü ilə “Məhəllə Futbolu” layihəsinə start verilir.

Rakus.az xəbər verir ki, layihə sakinlərin futbol oynaması üçün Bakıda və ölkənin müxtəlif regionlarında olan həyətlərdə səyyar futbol meydançalarının quraşdırılmasını nəzərdə tutur. Bu il “Məhəllə Futbolu”nun ilk məntəqəsi kimi Yeni Günəşli qəsəbəsində yerləşən “D Park” ərazisi seçilib. Sözügedən ərazidə quraşdırılan səyyar meydança iki həftə ərzində tam ödənişsiz olaraq əhalinin istifadəsində qalacaq. Meydançada AFFA-nın təyin etdiyi məşqçilər tərəfindən təmənnasız futbol dərsləri də keçiriləcək. Həmçinin əhalinin futbola marağını artırmaq məqsədilə mütəmadi olaraq milli komandamızın üzvlərinin meydançanı ziyarət edərək məhəllə sakinləri ilə birgə futbol oynayıb master-klass keçməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu il layihə çərçivəsində yenilik olaraq səyyar meydançada həm oğlanlar, həm də qızlar üçün maraqlı fəallıqların və yarışların keçirilməsi planlaşdırılır.

Səyyar meydançanı öz məhəlləsində görmək istəyənlər, PAŞA Sığorta və ya AFFA-nın rəsmi Facebook səhifəsi, o cümlədən [email protected] ünvanı vasitəsilə müraciət edə bilərlər. Meydançanın quraşdırılması üçün əsas şərtlər ərazinin 25x18m ölçülərində düz səthə malik olması; quraşdırılan meydançanın məhəllə sakinlərini narahat etməməsi və məhəllə sakinlərinin, onların avtomobillərinin hərəkətinə maneə törətməməsidir. Məhəllədən 1 nəfər məsul şəxs quraşdırılan meydança və təqdim olunan avadanlıqlara cavabdeh olmalıdır.

İlk dəfə 2016-cı ildə Bakıda reallaşdırılan “Məhəllə Futbolu” layihəsi 2017-ci ildən etibarən PAŞA Sığorta şirkətinin dəstəyi ilə paytaxtla yanaşı, ölkənin digər regionlarını da əhatə etmişdir. Təqdirəlayiqdir ki, təkcə Şəki şəhərində yerləşən 19 nömrəli məktəbin həyətində quraşdırılan meydançadan 1000-dən çox məktəbli və yaxınlıqda yaşayan sakin faydalanmışdır.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO