Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında uğur qazanan güləşçiləri təbrik edib.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva “İnstagram”da paylaşım edib.
Təbrik mesajında bildirilib ki, “İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı – qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!
Romada Azərbaycanı təmsil edən yunan-Roma güləşi üzrə heyətimiz:
Baş məşqçi – Aleksandr Tarakanov
Böyük məşqçi – Rövşən Bayramov
Şəxsi məşqçilər:
Sənan Süleymanovun (qızıl medal, 77 kq) məşqçisi Azər Hüseynov
Rafiq Hüseynovun (qızıl medal, 82 kq) məşqçisi Radik Huseynov
Eldəniz Əzizlinin (bürünc medal, 55 kq) məşqçisi Turac Hüseynli
Murad Bazarovun (bürünc medal, 60 kq) məşqçisi Vaqif Feyzullayev
Ülvi Qənizadənin (bürünc medal, 72 kq) məşqçisi Elnur Müzəffərov
İslam Abbasovun (bürünc medal, 87 kq) məşqçisi Bahadur Həziyev”.