Gündəm 30.06.2019 15:30

Mehriban Əliyeva Odre Azule ilə görüşdü - FOTO

İyunun 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanda səfərdə olan UNESKO-nun Baş direktoru xanım Odre Azule ilə görüşüb.

Rakus.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gəldiyinə görə UNESKO-nun Baş direktoru Odre Azuleyə minnətdarlığını bildirdi. Təşkilatın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Odre Azulenin həmin tədbirə diqqətinin bu sessiyanın uğurla keçəcəyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi. Mehriban Əliyeva Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın bir çox sahələrdə – mədəniyyət, elm, təhsil və digər istiqamətlərdə çox uğurla inkişaf etdiyini məmnunluqla vurğuladı. “Bütün bu illərdə birgə keçirilən toplantılarda, böyük beynəlxalq tədbirlərdə UNESKO ailəsinin üzvü olmaq mənim üçün çox xoşdur, böyük şərəfdir”, – deyən Mehriban Əliyeva bu il əməkdaşlığımızın 27-ci ildönümünün qeyd ediləcəyini bildirdi, dünya mədəniyyət irsinin qorunmasında gələcəkdə də çox uğurlu əməkdaşlıq quracağımıza əminliyini ifadə etdi. UNESKO-nun xoşməramlı səfiri onu da bildirdi ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mədəni, tarixi və dini irsin qorunması Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib və son illərdə Azərbaycanda UNESKO-nun tərəfdaşlığı ilə bir sıra möhtəşəm beynəlxalq forumlar, tədbirlər uğurla təşkil edilib. UNESKO-nun Baş direktorunun ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edən Mehriban Əliyeva ümidvar olduğunu bildirdi ki, bu səfər çərçivəsində Odre Azule Azərbaycanla, paytaxtımızla daha yaxından tanış olacaq və xalqımızın qonaqpərvərliyini hiss edəcək.

UNESKO-nun Baş direktoru Odre Azule Parisdə təşkilatın baş qərargahında Mehriban Əliyeva ilə görüşünü xatırladı və UNESKO üçün ən mühüm tədbir olan Ümumdünya İrs Komitəsinin növbəti sessiyasının üzv dövlətlər arasında məhz Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirdi. UNESKO-nun Baş direktoru növbəti günlərdə bütün ölkələrin nümayəndələrinin Bakıda bir araya gələrək dünya irsinin qorunması üçün görülməsi vacib olan tədbirləri müzakirə edəcəklərini vurğuladı. Odre Azule UNESKO üçün mühüm əhəmiyyət kəsb edən və 2500-ə yaxın iştirakçının qatılacağı bu sessiyanın Azərbaycanda keçirilməsinə görə təşəkkürünü bildirdi.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və UNESKO-nun Baş direktoru Odre Azule birgə nahar etdilər.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO