Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.
Rakus.az xəbər verir ki, Prezident görüşün sonunda hərbçilərlə söhbət edib və harada yaralandıqları ilə maraqlanıb.
Birinci vitse-prezident Mehriban Əliyeva yaralı hərbçilərlə görüş zamanı kövrəlib.