Gündəm 06.12.2019 15:52

Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücü – Əli Əhmədov

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – icra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə bir gün ərzində 650 min ağacın əkilməsi təşəbbüsü və aksiyasına həsr edilmiş  “Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücü” sərlövhəli məqalə paylaşmışdır. Məqalədə deyilir: “Bu gün Azərbaycanın hər yerində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 650 min ağac əkilməsi aksiyası keçirildi. Möhtəşəmliyi ilə diqqəti cəlb edən layihə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunub. Əhalinin çox müxtəlif kateqoriyalarının yüksək qiymətləndirdiyi və yaxından iştirak etdiyi aksiyada Yeni Azərbaycan Partiyasının təmsilçilərinin xüsusi fəallıq nümayiş etdirdiyini qeyd etməyə bilmərəm. Söhbət Azərbaycanın ekologiyasına töhfə verilməsindən, yaşıllıq zolaqlarının salınmasından gedən yerdə partiyamızın çoxsaylı üzvlərinin fəal iştirakı şübhəsizdir. Bu həssaslıq ümummilli lider Heydər Əliyevin təbiətə, yaşıllığa, ağaclara hər kəsə məlum olan qayğısından qaynaqlanır”.

Əli Əhmədov fikirlərini bu cür davam etdirmişdir: “Nəsiminin xatirəsinə insanlarımızın dərin hörmət və ehtiramını ifadə edən aksiyanın bir sıra diqqəti cəlb edən məqamlarına toxunmamaq mümkün deyil. Əvvəla onu deyim ki, insanlarımız Mehriban xanım Əliyevanın həyatımızın bir çox sahələrini əhatə edən möhtəşəm layihələrini həmişə yüksək qiymətləndirərək dəstəkləmişlər. Səbəbi sadə və anlaşılandır. Həmin layihələr Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin inkişafına, şəfqət və xeyirxahlıq, insana qayğı kimi ali dəyərlərin möhkəmləndirilməsinə xidmət göstərir və bu səbəbdən də insanların belə təşəbbüslərə biganə qalması mümkün deyil. Reallaşdırılan layihələrin sayəsində nə qədər insan şəfqət tapıb, düşdüyü çətinliklərdən xilas olub, mənəvi dəyərlərimiz qorunub, saxlanılıb, inkişaf etdirilib. Beləcə, Mehriban xanımın xeyirxah, xalqın dostu, mədəniyyətimizin, bütünlüklə mənəvi dəyərlərimizin etibarlı himayədarı imici formalaşıb. Buna görə insanlarda Heydər Əliyev Fondunun Prezidentinin təşəbbüslərinə həssaslıqla dəstək vermək adəti formalaşıb. Bir gün ərzində 650 min ağac əkmək təşəbbüsünün dəstəklənməsinə gəldikdə isə, qeyd etmək istərdim ki, burada onun Azərbaycanın ekologiyasının daha da sağlamlaşmasına, insanların rahatlığına xidmət etmək niyyəti ayrıca rol oynayıb. Ancaq diqqəti cəlb edən təşəbbüsün miqyası və əzəmətidir. Əslində, sözügedən aksiya bütün bölgələrdə əhalinin böyük bir qismini əhatə edir. Aksiya zamanı müşahidə etdiyim yüksək əhval-ruhiyyə Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücündən xəbər verir. Sanki bütün xalq təşəbbüsə qoşulmaqla özünün dərin və sarsılmaz həmrəyliyini, iqtidar-xalq birliyini bir daha nümayiş etdirmək fürsəti qazanmış oldu. Əslində, 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi”.

“Aksiyanın əzəməti daha bir reallığı əyani surətdə, qabarıq şəkildə biruzə verdi. Bu da insanların Prezident İlham Əliyevin ölkədə uğurla həyata keçirilən və böyük vədlər verən siyasətinə dərin inamdan ibarətdir. Prezidentin siyasəti indi dərin və hərtərəfli islahatlar mərhələsinə daxil olub. İnsanlar islahatların Azərbaycanın daha parlaq gələcəyinin təmin olunmasına etibarlı zəmin yaradacağına inanır. Ona görə də ölkəmizin bu günü və sabahı naminə irəliyə atılan təşəbbüsləri dəstəkləyir, onların həyata keçirilməsi naminə hər cür fədakarlıq göstərmək imkanından faydalanmağa çalışır.

650 min ağacın əkilməsi kimi möhtəşəm təşəbbüsün uğurla həyata keçirilməsi münasibətilə onun təşəbbüskarı Azərbaycanın Birinci xanımı və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edirəm. İllər gələcək, bu gün əkilən ağaclar böyüyəcək, Azərbaycanın ekologiyasının daha da sağlamlaşmasına, insanların rahatlığına və həyatının gözəlləşməsinə xidmət göstərəcək. Düşünürəm ki, möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir” – deyə, Baş nazirin müavini Əli Əhmədov qeyd etmişdir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS