Elm və təhsil 23.09.2019 12:15

Məktəbəqədər hazırlıq səviyyəsi 75 faizədək qalxıb – Bayramov

“Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı (IAEA) iki əsas sahəyə – qiymətləndirmə və qərarverməyə diqqət ayırır”.

Rakus.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransında (IAEA 2019) çıxışı zamanı bildirib.

Qiymətləndirmə üçün informasiyanın vacib olduğunu qeyd edən nazir bildirib ki, bu istiqamətdə Dövlət İmtahan Mərkəzi Azərbaycan təhsil sistemində vacib rol oynayır: “Ölkədə sosial və iqtisadi dəyişiklik təhsil sisteminin daha da təkmilləşdirilməsini tələb etdiyi üçün Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Bu strategiya təhsilin araşdırılması mərkəzlərinin inkişafı, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının təmin edilməsi və təhsilin beynəlxalq standartlara cavab verməsinə yönəlib. Biz təhsilin hər kəs üçün əlçatan olması və bərabərliyi istiqamətində böyük uğurlar qazanmışıq. Təhsilin qiymətləndirilməsi üçün Azərbaycan bir sıra beynəlxalq qiymətləndirmə sistemlərində iştirak edib”.

Nazir bildirib ki, təhsildəki problemləri araşdırmaq, inkişafı müəyyənləşdirmək və müvafiq strategiyanın hazırlanması üçün bu sistemlərin rolu əvəzsizdir.

Qiymətləndirmə ilə bağlı problemlərə toxunan nazir bildirib ki, bərabərlik və təhsilin əlçatan olması ev şəraiti, ailənin sosial və iqtisadi vəziyyəti ilə bağlıdır və bunlar məktəbdə iştiraka təsir edən amillərdir: “Milli və beynəlxalq qiymətləndirmələrə görə, şagirdin akademik sahədə nailiyyəti onun məktəbəqədərki hazırlığı ilə sıx bağlıdır. Son illərdə məktəbəqədər hazırlıq səviyyəsi 24 faizdən 75 faizədək qalxıb”. Mərkəzləşdirilmiş imtahan sisteminin vacib rol oynadığını deyən nazir bu sistemin şəffaflıq gətirdiyini qeyd edib: “Milli kurikulum sistemi gələcək əmək bazarının tələblərinə və sosial rifaha köklənib. İnnovasiyalar və texnologiya sahəsində sürətli dəyişikliklər mili təhsil sistemi üçün çətinlik olaraq qalır. Bunlardan biri də kağız üzərindəki imtahanlardan kompüter əsaslı imtahanlara keçiddir”.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO