Gündəm 21.04.2020 12:27

DİM sədri mətbuat konfransı keçirir

“Martın 1-nə qədər bütün məktəblərdə tədris davam edirdi. Mart ayı üçün nəzərdə tutulan 9-cu sinfin proqramı da əvvəldən nəzərdə tutulmuşdu. Aprel ayında isə 11-ci sinfin imtahanları keçirilməli idi və təxirə salındı”.

Rakus.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

DİM sədri qeyd edib ki, imtahana aid bütün proqramlar noyabr- dekabr ayında elan olunmuşdu: “İki ildir ki, online resurslarımız youtube kanalımıza yerləşdirilmişdi. Kimsə hansı mövzunu keçməyibsə youtube kanalımızda o dərslərə yenidən baxa bilərlər. Hər bir mövzu 7-10 dəqiqəni əhatə edir. Vətəndaşların 90 faizində telefon var. Dərsliklər də hamıya məktəbdə verilib. Dərslərin iki ay olmaması psixoloji cəhətdən şagirdlərə təsir edib. Amma bu o demək deyil ki, onların dərslərini mənimsənilməsində problem yaranır. İmtahanlara salınacaq proqramlar da Təhsil Nazirliyi ilə razılaşdırılacaq. Biologiya fənnindən imtahanlara koronavirusla bağlı suallar da salınacaq. Bu məsələlər yenə də müzakirə olunacaq. Hər bir imtahanın tarixi elan olunanda bütün detallar təsdiqlənəcək”.

M.Abbaszadə bildirib ki, qiymətləndirmənin ədalətliliyini qoruyub saxlamaq əsas hədəfləridir: “Kiminsə internetə əlçatmazlığı və imtahanda iştirak etməsi üçün lazımi qurğunun olmaması onun qiymətləndirmədən kənarda qalması demək deyil. Ona görə də bütün alternativ addımları nəzərdən keçiririk”.

Onun sözlərinə görə, koronavirus pandemiyasının qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində ölkə ərazisində tətbiq olunan karantin rejimi mayın 4-dək uzadılıb: “Ona görə də yanvar ayında elan edilən qrafikimizdə bir sıra müəyyən dəyişiklik etdik. Hazırda mart və aprel ayında olan imtahanlar keçirilməyib deyə qrafik üzərində yenidən işlənilməlidir: “Yəqin, yeni qrafik yaxın 10 gün ərzində ictimaiyyətə təqdim olunacaq”.

DİM sədri qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan alınan məlumata görə mayın 4-dən sonra karantin rejimdən çıxmaq barədə qərar ola bilər: “Yalnız bundan sonra yeni qrafik barədə nəsə deyə biləcəyik”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO