Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdü - FOTO
Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti, Endryu Şöfer və İqor Popovla görüşüb.
Rakus.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeba öz “Twitter” səhifəsində yazıb.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Həmsədrlər daha əvvəl Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər. Bu gün həmsədrlərin iştirakı ilə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü olacaq.
Happening now: The meeting of the FM #ElmarMammadyarov with the @OSCE MG Co-chairs Igor Popov 🇷🇺, Andrew Schofer 🇺🇸, Stefan Visconti 🇫🇷 and the Personal Representative of OSCE CiO Andrzej Kasprzyk in #Washington pic.twitter.com/pXioSgHB6p
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) June 20, 2019