Məmmədyarov Çavuşoğlunu məlumatlandırdı - FOTO
Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası çərçivəsində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Rakus.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.
Tərəflər iki ölkənin iştirakı ilə reallaşdırılan mühüm layihələri müzakirə edərək Azərbaycan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrin əhəmiyyətini xüsusilə vurğulayıblar.
Həmçinin Türk Şurasının əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılaraq, təşkilatın beynəlxalq səviyyədə artan nüfuzundan və beynəlxalq təşkilatlarla əməkdaşlığından danışılıb.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı vəziyyəti və bu xüsusda, keçirilmiş Cenevrə görüşü ilə bağlı qarşı tərəfə məlumat verib.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.