Müsahibə 11.12.2023 21:20

“Mənim üçün Qərbi Azərbaycan Vətəndir, yurddur, nisgildir, həsrətdir” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova olub.

O, vaxtilə valideynlərinin didərgin düşdüyü Qərbi Azərbaycanın Dərələyəz mahalından, o cümlədən Qovuşuq və Ələyəz kəndlərinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən danışıb. Uşaq vaxtı qonaq olduğu bu kəndlərdə yaşadıqlarını dilə gətirib, xatirələrini bölüşüb, yaşlı və orta nəsil nümayəndələrinin kəndlə bağlı söylədiklərini diqqətə çatdırıb.

“Mənim üçün Qərbi Azərbaycan Vətəndir, yurddur, nisgildir, həsrətdir”, – deyən M.Hüseynova tarixən ermənilərin maddi-mədəni irsimizə qarşı törətdiyi, soydaşlarımıza qarşı həyata keçirdiyi vandalizm aktlarından da geniş söhbət açıb. Bildirib ki, ermənilər yaşayış məntəqələrimizdəki qoç heykəllərin, qəbirüstü abidələrin üzərinə xaç işarəsi çəkib, alban kilsələrini özününküləşdirməyə çalışıblar. Qeyd edib ki, ötən əsrin müxtəlif illərində ermənilər Dərələyəzdən azərbaycanlıları sıxışdırıb çıxarıb, onlara məxsus evlərdə xaricdən gətirilən hayları məskunlaşdırıblar. O, ötən əsrin əvvəlində erməni-daşnak silahlı quldur dəstələrinin 199 kəndi yer üzündən sildiyini, həmçinin yeddi yaşlı uşağı ot tayasında diri-diri yandırmaq, əri arvadının gözləri önündə öldürüb doğramaq, evləri talan edib yandırmaq kimi vəhşiliklər törətdiklərini dilə gətirib.

Yaradıcılığından söhbət açan M.Hüseynova deyib ki, şeirlərinin böyük bir hissəsi Dərələyəzlə bağlıdır. O, ruhundan süzülən sətirlərin Vətən həsrəti olduğunu vurğulayıb. Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışan professor qeyd edib ki, soydaşlarımız öz tarixi torpaqlarına, ata-baba yurdlarına mütləq qayıdacaqlar. Onun sözlərinə görə, bunun üçün hazırda əsas işlərdən biri Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır.

Bu yaxınlarda Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin əhəmiyyətinə toxunan M.Hüseynova muxtar respublikadakı Qərbi azərbaycanlıların da Vətənə qayıtmaq ümidi ilə yaşadıqlarını diqqətə çatdırıb. O, vaxtilə Naxçıvanda məskunlaşan soydaşlarımızla keçirdiyi görüşləri, onların Qərbi Azərbaycana dair xatirələrini dilə gətirib. Bildirib ki, Naxçıvanı o zaman tərk edən ermənilər ağacların dibinə neft töküb, evləri yandırıblar ki, onlardan sonra kimsə bu ərazilərdə yaşamasın. Lakin Dərələyəzdən deportasiya olunaraq Naxçıvanda məskunlaşan soydaşlarımız o kəndləri yenidən abadlaşdırıblar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO