Mərkəzi Bankı uçot dərəcəsini azaltdı
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz azaldılaraq 7,75%-dən 7,50%-ə endirilməsi haqda qərar qəbul edib.
Rakus.az xəbər verir ki, bu qərarı dekabrın 13-də Azərbaycan Mərkəzi Bankı açıqlayıb.
Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75 faizlik diapazonda müəyyənləşdirilib. (9.25% və 5.75%).
Məlumatda vurğulanıb ki, İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmayıb və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb.
“Rəsmi statistikaya görə, noyabrda illik inflyasiya 2.6 faiz təşkil etmişdir ki, bu da hədəf diapazonunun aşağı həddinə daha yaxındır”.
AMB sonuncu dəfə oktyabrın 25-də uçot dərəcəsini 8 faizdən 7.75 faizə endirmişdi.